Bakterioloji Sİlah



Yüklə 96 Kb.
səhifə4/5
tarix21.12.2022
ölçüsü96 Kb.
#76905
1   2   3   4   5
M-9

Qarayara
Qarayara – kəskin yoluxucu xəstəlikdir. Təbii şəraitdə qarayara əsas etibarı ilə kənd təsərrüfatı heyvanlarında müşahidə olunur və bu xəstəlik insanlara heyvanlardan keçir. Bu mikrob sporunun xarici mühitdə çox davamlılığı, müxtəlif yollarla keçib insanı və heyvanları yoluxdurma qabiliyyətinə malik olması və ölüm hallarının yüksək olması qeyd olunur. Qarayara törədicisini ilin bütün fəsllərində su təchizatı məbələrini, otlaqları, yemi, mal-qara sürülən yolları və başqa obyektləri zəhərləmək yolu ilə tətbiq etmək olar. Xəstəliyi yaymaq üçün yoluxdurulmuş həşəratlardan və aerozol halına salınmış törədicinin spor formasından istifadə edirlər. Nəticədə heyvanların kütləvi surətdə xəstələnməsi mümkündür.
Təbii Çiçək
Təbii çiçək – ağır yoluxucu xəstəlikdir. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz vasitəsilə yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək hərarətinə, baş ağrısına, bel ağrısına, huşun depressiyasına səbəb olur. 2-3 gündən sonra bədəndə, xüsusilə boğazda və üzdə səpkilər əmələ gəlir. Bu səpkilər şişli və qızılcalı olur.
8-9-cu günlərdə suluqların irinləməsi başlanır, deşilmiş və ya mexaniki olaraq zədə (travma) almış yerlərdən çirk axır və üzün şişməsi baş verir. Selikli qişanın xoralanması nəticəsində udqunma çətinləşir. 15-16-cı günlərdə suluqlar quruyur və nazik qabıq əmələ gəlir, bunlar sonra tədricən düşməyə başlayır. Xəstəliyin qanlı forması daha təhlükəlidir. Bu zaman içi qara qanla dolu tünd-qırmızı və qara-qırmızı rəngli çoxlu suluqlu səpki müşahidə olunur. Bu hal adətən ölümlə nəticələnir.
Taun
Taun – təhlükəli yoluxucu xəstəlikdir. Bu xəstəliyə insanlar yoluxdurulmuş gəmiricilərdən və birələrdən yoluxa bilərlər. Yoluxma gəmiricinin (birənin) dişləməsi, tənəffüs və həzm yolları vasitəsilə, xəstəlik törədicilərin zədələnmiş dəriyə və gözün selikli qişasına düşməsi nəticəsində baş verə bilər. Gizli dövr 2-6 gündür. Bu xəstəliyin törədiciləri taun çöpləridir. Çox vaxt qasıq nahiyəsindəki limfa düyünləri şişir, sonra irinləyir, müalicə etmədikdə yaralar açılır. 4-5 gündən sonra sepsis nəticəsində hərarət qalxır və xəstəliyin ağ ciyər forması inkişaf etməyə başlayır. Bu zaman pnevmoniya inkişaf edir və qısa zamanda epidemiya xarakteri ala bilər. Taun insandan insana hava-damcı yolu ilə keçir. Müalicə aparmadıqda ölümlə nəticələnir.

Yüklə 96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin