Bakterioloji Sİlah


Observasiya rejiminə aid olan tədbirlər aşağıdakılardır



Yüklə 96 Kb.
səhifə2/5
tarix21.12.2022
ölçüsü96 Kb.
#76905
1   2   3   4   5
M-9

Observasiya rejiminə aid olan tədbirlər aşağıdakılardır:

  • giriş və çıxışın maksimum məhdudlaşdırılması, həmçinin zədələnmə ocağından əmlakın yalnız epidemioloji baxışdan sonra çıxarılması;

  • qidalanma və su təchizatına tibbi nəzarətin gücləndirilməsi;

  • zəhərlənmiş ərazidə hərəkətin məhdudlaşdırılması;

  • insanlar arasında ünsiyyətin məhdudlaşdırılması.

Bioloji (bakterioloji) silahın təsirinə bilavasitə məruz qalmış rayonda hakimiyyət orqanları tərəfindən xüsusi karantin rejimi tətbiq edilir və həmin rayona gediş-gəliş ümumiyyətlə qadağan edilir.
Karantin – bakterial yoluxma ocağını təcrid etmək, xəstəliyin yayılmasının qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə yetirilən, epidemiya əleyhinə rejimli müalicəvi tədbirlər sistemidir. Karantin zonasının sərhədlərində mühafizə və patrul xidmətləri yaradılır. Ərazidə olan obyektlərdə daxili komendant xidməti təşkil edilir. İnsanların, heyvanların və əmlakın çıxarılmasına qadağa qoyulur. Karantin zonasına daxil olmağa yalnız bioloji vasitələrin nəticələrinin aradan qaldırılması və tibbi yadımın göstərilməsi üçün gələn tibbi heyətə və FHN xüsusi dəstələrinə icazə verilir. Karantin dövründə əhalinin vəzifəsi qoyulmuş qaydalara ciddi riayət etməkdir.
Mikroblar, toksinlər və onların xassələri.
Təbiətdə saysız-hesabsız mikroorqanizmlər vardır, lakin onlardan bəziləri canlılar arasında xəstəlik törədə bilirlər. Onlara xəstəlik törədən mikroblar və yaxud patogenlər deyilir. Mikroorqanizmlərin çoxu isə xəstəlik törətmək xüsusiyyətlərinə malik deyillər və onlara saprofitlər deyilir.
Yoluxucu xəstəliklər müəyyən patogen mikroblar tərəfindən törədilir. Onların əsas nümayəndələri – bakteriyalar, viruslar, riketsiyalar və göbələklərdir.

Bakteriyalar – sadə bölünmə yolu ilə çoxalan birhüceyrəli mikroorqanizmlərdir və süni qidalı şəraitdə tez inkişaf edirlər. Xəstəliktörədici bakteriyalar taun, vəba, sibir xorası, tulyaremiya, qarın yatalağı və başqa yoluxucu xəstəliklər törədə bilirlər.
Viruslar – bakteriyalardan fərqli olaraq canlı orqanizmlərdən ayrı çoxala bilmirlər, onları adi qidalı mühitdə yetişdirmək olmur. Viruslar hüceyrədaxili parazitlərdir, qrip, qızılca, təbii çiçək və quduzluq kimi xəstəliklərin törədiciləridir.
Riketsiyalar – viruslar kimi canlı hüceyrələrdə yaşayırlar. Bunlara epidemik səpgili yatalaq xəstəliyinin və marsel qızdırmasının törədicilərini göstərmək olar.
Göbələklər müxtəlif qidalı şəraitdə yaşayırlar və bir neçə yolla çoxala bilirlər (bölünmə, tumurcuqlanma, sporəmələgətirmə). Göbələklər insanlarda aktinomikoz (dəri xəstəlikləri) xəstəliklərini törədirlər. Heyvan və bitki aləmində də müxtəlif göbələk xəstəliklərinə rast gəlmək olur.
Bakterial toksinlər və onların xassələri.
Patogen mikroblar iki növ toksin buraxırlar; endotoksinlər və ekzotoksinlər.

Yüklə 96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin