Bakterioloji silahlar


Bakterioloji silahın əsas xüsusiyyətləri



Yüklə 17,92 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü17,92 Kb.
#44328
1   2   3   4
2Bakterioloji silahlar

Bakterioloji silahın əsas xüsusiyyətləri:

- qısa müddət ərzində infeksion xəstəliktörədicilərin küt­lə­vi şəkildə yayılması, epidemiya əmələ gətirməsi;

- inkubasiya (gizli) dövrünün olması;

- xarici mühitdə mikroblar və onların toksinlərinin çətin təyin olunması (müxtəlif mikroorqanizmlərin təyini yalnız labora­tor şəraitdə mümkündür);

- seçıci və məqsədyönlü təsir etməsi. Yalnız bitkilərin yo­lux­ması məqsədilə (fitoftoraz), heyvanların yoluxması məqsə­dilə (iri­buynuzlu heyvanların taunu), yalnız insanların yolux­ması məq­sə­di­lə (təbii çiçək, vəba) istifadə olunan bakteriyalar mövcuddur. Düşmən öldürücü təsirə malik (taun, təbii çiçək, sibir yarası) və ya canlı qüvvəni müvəqqəti sıradançıxarma (tulyaremiya) qüvvəsinə malik törədicilər istifadə edə bilər;

- güclü psixoloji təsiri insanlar arasında təşviş yaradır;

- bakterioloji silahın nüvə və kimyəvi silahlara nisbətən ucuz başa gəlməsi;

- bioloji törədicilərin çox müxtəlif olması – eyni zamanda bir neçə xəstəliktörədicisi istifadə oluna bilər;

- təsirinin uzun müddət davam etməsi (məsələn, Sibir xorası sporları xəstəliktörətmə təsirini bir neçə il saxlaya bilir);

- xəstəliktörədicilərin və onların toksinlərinin hava vasitəsilə hermetik olmayan yerlərə daxil olub insanları yoluxdurmaq qabi­liy­yətinin olması.



Sadalananlara əsaslanaraq bakterioloji silahın tətbiqi zamanı əmələ gələn fəsadların sərhədlərinin olmamasını təsdiq edə bil­ə­rik.

Xəstəliktörədicilər insan orqanizminə müxtəlif yollarla düşə bilər. Ən geniş yayılmış üsul hava vasitəsidir. Su və qida, açıq ya­ra və yanıq yerlərinə mikrob düşməsi, yolxucu həşərat­ların diş­lə­məsi, kontakt yolu ilə, bioloji vasitələrlə yoluxdurul­muş hərbi su­r­satlar vasitəsilə yoluxma mümkündür. Qansoran həşəratlar xəs­tə­liyi xəstə insan və heyvanlardan sağlam fərdlərə ötürür. Bit, bi­rə, ağcaqanadlar, gənələr, çe-çe milçəkləri və s. səpkili yatalaq, he­mor­ragik qızdırma kimi xəstəliklərin ötürücüsüdür. Xəstə hey­van­lardan insana keçən xəstəliklərə zoonozlar deyilir (brusellyoz, Si­bir xorası). Xəstəliklərin yayılma yollarından biri də qida yo­lu­dur. Yoluxmuş ət və ət məhsullarından Sibir xorası, tulyaremiya, sal­monellyoz və parazit xəstəlikləri, tərəvəzlərdən vəba, di­zen­te­ri­ya, qarın yatalağı və s. ötürülür. Epidemik təhlükəliliyinə görə bak­te­ri­ya və viruslar yoluxdurucu olmayan, zəif yoluxdurucu və güclü yoluxdurucu olmaqla 3 qrupa bölünür. İstifadə olunan mik­ro­or­qa­nizm­lərin hansı qrupa aid olmasından asılı olaraq zə­də­lən­mə oca­ğı­nın epidemioloji xüsusiyyətləri və epidemiya əleyhinə təd­bir­lə­rin xarakteri dəyişir. 




Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin