Epidemiya – ümumi infeksiya mənbəyi, ümumi yoluxma yolu olan bir infeksion xəstəliyin müəyyən ərazidə geniş yayılmasına deyilir
.Pandemiya – bir ölkə və qitənin sərhədlərini aşan, böyük insan kütləsini əhatə edən güclü epidemiyadır.
Hər hansı bir xəstəliyin müəyyən ərazidə daimi rast gəlməsinə endemiyalar deyilir. Heyvanlar arasında yoluxucu xəstəliklərin yayılması – epizootiya,
bitkilər arasında yayılması –epifitotiya adlanır. Heyvanlar arasında Sibir xorası, tulyaremiya, taun, iribuynuzlu heyvanların taunu və s. kimi xəstəliklər yayıla bilər.