Balans mənfəəti və əmtəəlik məhsul satışından mənfəətin təhlil


Balans mənfəətinin təhlili



Yüklə 28,9 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü28,9 Kb.
#41514
1   2   3
Balans mənfəəti və əmtəəlik məhsul satışından mənfəətin təhlil

Balans mənfəətinin təhlili.

Göstəricilər

Plan üzrə

Hesabat üzrə

Plandan kənarlaşma(+,-)







1.Əmtəəlik məhsul satışından mənfəət

885

923

+38

+4,3

2.Sair satışdan mənfəət

-

+7

+7

-

3.satışdan kənar mənfəət(+), zərər(-)

-

+8

+8

-

Cəmi balans mənfəəti

885

938

+53

+6

Cədvəl məlumatlarından göründüyü kimi,müəssisə üzrə məhsul satışından nəzərdə tutulmuş mənfəət planı 104,3%(923:885x100) yerinə yetirilmişdir.Müəssisə sair satışdan 7 min manat və satışdan kənar 8 min manat mənfəət əldə etmişdir. Müəssisənin işindən asılı və ya asılı olmayaraq yaranan satışdan kənar nəticənin olması

-6-

səbəblərinin öyrənilməsi vacibdir. Bizim misalımızda məhsul satışından mənfəət məbləğinin 885 min manat plan laşdırılmasına baxmayaraq faktiki olaraq müəssisədə bu göstərici 923 min manat olmuşdur. Yəni məhsul satışından mənfəət üzrə plan 38 min manat(923-885) və ya 4,3%(38 :885x100) olmuşdur. Sənaye müəssisələrində məhsul satışından mənfəət planının yerinə yetirilməsinə təsir edən amillərin təsir dərəcəsinin təhlili balans mənfəətinin iqtisadi təhlilində çox vacib mərhələ hesab olunur.Məhsul satışından əldə edilən mənfəət başa çatmış əmtəəlik məhsul istehsalında yaranmış mənfəətdən öz ümumi məbləğinin həcminə görə fərqlənir. Belə ki , satılmış məhsulun həcmi çox az hallarda əmtəəlik məhsul istehsalının həcmi ilə eyni olur.Məhsul satışından mənfəətə təsir edən amillərin təsir dərəcəsini ardıcıllıqla hesablamaq lazımdır. Amillərin təsir dərəcəsini heasblamaq üçün aşağıdakı cədvəl məlumatlarından istifadə edək.




Təsdiq olunmuş plan

Plan üzrə faktiki satılmış məhsul

Hesabat üzrə

1.İstehsalat maya dəyəri( mln man)

6751

6966

6975

2.Qeyri-istehsalat xərcləri

54

54

30

3.Tam maya dəyəri

6805

7020

7005

4.Satışdan gəlir

7690

7928

7928

5.Mənfəət .

885

908

923

6.Kecən ildə:

a)Tam maya dəyəri ilə satılmış məhsul

b)Satışdan gəlir


-

-



-

-



6565


7346

-7-

1.Məhsul satışı üzrə plan icrasının mənfəət üzrə tapşırıqların yerinə yetirilməsinə təsiri. Məhsul satışı planın yerinə yetirilmə səviyyəsinin və ya satışın həcminin dəyişilməsininmənfəətə təsir dərəcəsini müəyyən etmək üçün hesabat ilində faktiki məhsul satışının plandan kənarlaşma faizini (+,-) planda nəzərdə tutulmuş mənfəət məbləğinə vurub yüzə bölmək lazımdır. Təsərrüfat fəaliyyətini təhlil etdiyimiz müəssisədə satış planı 103,1%(7928:7690 x100) yəni satış üzrə plan3,1%(103,1-100) artıqlaması ilə yerinə yetirilmişdir ki,bu da mənfəət üzrə planın 27,4 min manat(885x3,1 :100) artıqlaması ilə yerinə yetirilməsinə səbəb olmuşdur.

2-ci amil.İstehsalat maya dəyərinin dəyişilməsinin təsirini müəyyənləşdirmək üçün istehsal maya dəyərinin plan məbləği məhsul satışı üzrə planın yerinə yetirilmə səviyyəsinə görə korrektiv(düzəliş) edilməlidir. Yəni istehsal maya dəyərinin plan məbləğini satış planının faktiki yerinə yetirilmə faizinə vurub yüzə bölmək lazımdır.Korrektiv nəticəsində istehsal maya dəyərinin yenidən müəyyən edilmiş planı ilə faktiki istehsal maya dəyəri müqayisə olunmalıdır.Bu üsulla müəyyən edilmiş kənarlaşma (+,-) istehsal maya dəyərinin dəyişməsi nəticəsində müəssisənin plandan əlavə ( və ya kəsirlə) əldə etdiyi mənfəət hesab olunur. Istehsal maya dəyərinin dəyişməsinin mənfəətə təsirinin müəyyən edilməsinin yuxarıda göstərdiyimiz metodikasını təsərrüfat fəaliyyətini təhlil etdiyimiz müəssisənin hesabat məlumatlarından istifadə etməklə nəzərdən keçirək. Bunun üçün aşağıdakı hesablamaları aparmaq lazımdır.


Yüklə 28,9 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin