Balıqçılıq fəaliyyəti üzrə mübahisələrin həlli və qanunvericiliyin pozulmasına görə məsuliyyət
Maddə 40. Balıqçılıq haqqında qanunvericiliyin pozulması ilə bağlı əqdlərin etibarsızlığı Balıqçılıq haqqında qanunvericiliyin tələblərini pozmaqla bağlanmış əqdlər etibarsızdır.
Maddə 41. Balıqçılıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət Balıqçılıq haqqında qanunvericiliyin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada mülki, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Xarici dövlətlərin su hövzələrində balıqçılıq haqqında qanunvericiliyi pozmuş Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə , sazişlərinə, habelə digər beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyət daşıyırlar. [126] Azərbaycan Respublikasının balıqçılıq su obyektlərində balıqçılıq haqqında qanunvericiliyi pozmuş xarici dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyində və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. [127] Maddə 42. Balıqçılıq fəaliyyəti üzrə mübahisələrin həlli [128] Balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.