Baltik xalqları Baltik xalqlar və ya Baltlar



Yüklə 126,98 Kb.
səhifə9/31
tarix02.01.2022
ölçüsü126,98 Kb.
#42494
1   ...   5   6   7   8   9   10   11   12   ...   31
imtahan

Fin-uqor xalqları - Baltik regionu, Şimali Asiya və Ortadunay düzənliyində yaşayan fin-uqor dilli xaqlar. Bu xalq somoedlərdən fərqli olaraq Ural dillərində danışırlar. Fin-uqor xaqlarının çoxusu onlardan fərqli dil ailələrinə mənsub olan xalqlarla əhatələniblər. Fin-uqor konsepsiyası etnikdən daha çox, linqvistik məna daşısa da, fin-uqor dilli xalqlarda, xüsusilə də Baltik finləri arasındakı etnik qardaşlıq düşüncəsi 20-ci əsrdə inkişaf etmişdi.

Sayına görə 4 ən böyük fin-uqor xalqı macarlar (13–14 milyon), finlər (6–7 milyon), estonlar (1.1 milyon) və mordvalardır(744,000). İlk üç xalqın öz müstəqil dövləti olsa da (Macarıstan, Finlandiya və Estoniya), mordvalar Rusiya Federasiyası tərkibindəki Mordoviya muxtar respublikasında yaşayır.

RF içərisində muxtar respublikası olan digər fin-uqor xalqları: karellər (Kareliya Respublikası), komilər (Komi Respublikası), udmurtlar (Udmurtiya), marilər (Mari El) və mordvalar (mokşa və erzyanlar - Mordoviya). Xantılar və mansilər Xantı-Mansi muxtar dairəsində yaşayırlar. Komilərin subqrupu olan komi-permyaklar əvvəllər Komi-Permyak muxtar dairəsində yaşasalar da, bu gün bu ərazi Perm diyarının daxilində xüsusi statusu olan bir bölgədir.

Yerli saam xalqlarının ənənəvi yaşayış ərazisi Şimali Finno-Skandinaviya və Şimal-qərbi Rusiyadakı Kola yarımadasıdır və bu ərazilər ümumi şəkildə Laplandiya olaraq adlandırılır.



  • “BALTİK REGİONU ÖLKƏLƏRİ” - Baltik dənizi hövzəsində yerləşən Danimarka, İsveç, Estoniya, Latviya, Litva, Polşa, Finlandiya, Almaniya və Rusiyanın daxil olduğu transsərhəd region.

91. Maltalılar və Fin-Uqor xalqları qrupları




Maltalılar — Maltanın yerli əhalisi. Ümumi sayı — 740 min nəfərdir və onlardan 396 min nəfəri Malta ərazisində yaşayır. Avstraliyada 164 min, Böyük Britaniyada 40 min, ABŞ-da 50 min, Kanadada 39 minə yaxın maltalı məskunlaşıb.

Malta dili sami dillərinin ərəb dil qrupuna daxildir. Ərəb dilinə yaxın olsa da italyan və Avropa dillərinin güclü təsirinə məruz qalmışdır.

Maltalılar Avropada yeganə Semit dilli xalqdır. Onlar Aralıq dənizində Malta və Qotso adalarında məskunlaşmışlar. Əsas məşğuliyyətləri əkinçilikdir. Otlaqların azlığı heyvandarlığı məhdudlaşdırır. İqlim Maltada ildə 2-3 dəfə məhsul götürməyə imkan verir. Maltalıların mənəvi həyatında katolosizm çox böyük rol oynayır.

Maltalıların əcdadlarının finikiyalılar olması ehtimal olunur. Məhz Malta ərazisində mövcud olan koloniyaların mövcudluğu bunu deməyə əsas verir. Sonradan bu ərazi karfagenlərin, romalıların, bizanslıların (395-870), ərəblərin (870-1201), normanların təsiri altında olmuşdur. 1201-ci ildə Malta Siciliyaya birləşdirilmiş. 1550-ci ildən Maltada İoannitlər ordeni hakimlik etmişdir. 1800-cü ildən isə Böyük Britaniyanın koloniyasına çevrildi. 1964-cü ildə özünüidarəetmə statusu alan Malta 1974-cü ildə müstəqilliyini elan etdi.

Maltalılar bağçılıq, heyvandarlıq, balıqçılıq kimi təsərrüfat sahələri ilə məşğul olmuş, sənətkarlıqdan krujevalı bəzəklərin, geyimlərin toxunuşu üstünlük təşkil etmişdir. Ümumən kənd təsərrüfatında üzümçülük və bağçılıq daha öndə olmuş. Bölgədə əkilən kartof ixrac olunur.

Malta üçün xarakterik tikililər - önündə fasadlı qalereyası olan evlərdir. Şəhər və yaşayış məntəqələri Cənubi Avropa üçün xarakterikdir. Ölkə paytaxtı tarixi abidələrlə zəngindir.

Geyimləri Avropa geyimlərinə yaxındır. Ənənəvi qadın geyimi — faldetta adlanan qara örtüyü olan bərk altlıqlı paltardır.




Yüklə 126,98 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin