Baltik xalqları Baltik xalqlar və ya Baltlar



Yüklə 126,98 Kb.
səhifə7/31
tarix02.01.2022
ölçüsü126,98 Kb.
#42494
1   2   3   4   5   6   7   8   9   10   ...   31
imtahan

1973-cü il müharibəsi

1973-cü ildə Yəhudilərin müqəddəs günü "Yom Kipur"a təsadüf edən 6 oktyabrda Misir Süveyş kanalından, Suriya isə Qolan yüksəkliklərindən İsrailə hücum etdi. İsrail və Misir əvvəl atəşkəs, sonra isə 1974-cü ildə sülh müqaviləsi imzaladı. Eyni ildə İsrail ilə Suriya arasında da atəşkəs təmin olundu. Bölgəyə BMT-nin sülhməramlıları yerləşdirildi. Bu müharibə nəticəsində İsrail 1979-cu ildə Sinay yarımadasından geri çəkilməyi qəbul edərək Misir ilə Kemp Devid müqaviləsini imzaladı. Bununla da İsrail ilk dəfə olaraq bir ərəb dövləti ilə sülh müqaviləsi bağlamış oldu.

14. Böyük Britaniyanın ictimai-siyasi həyatında monarxiyanın rolu (II Yelizaveta)

Birləşmiş Krallıq konstitusiyalı monarxiyaya əsaslanan unitar dövlətdir. Kraliça 2-ci Elizabet Birləşmiş Krallıq və 15 digər müstəqil dövlət ittifaqının başçısıdır. Kraliçanın məsləhətçi, dəstəkləyici və xəbərdaredici kimi hüquqları vardır. Birləşmiş Krallıq yazılmamış konstitusiyaya malik olan dünyanın 4 ölkəsindən biridir. Birləşmiş Krallığın konstitusiyası konstitusional razılaşmalarla birgə beynəlxalq müqavilələr və qanun toplularından ibarət məhkəmə sistemi, əsas qanunların da daxil olduğu fərqli yazılı mənbələr toplusundan təşkil olunub.

Birləşmiş Krallıq konstitusiyalı monarxiyadır. Bu o deməkdir ki, dövlət başçısı kimi ölkəni irsi monarx idarə edir (kral və ya kraliça), lakin monarxın hakimiyyəti formaldır və o yalnız Parlamentin dəstəyi ilə hökm sürə bilər. Kral yaxud kraliçanın rəsmi vəzifələrinə aiddir:



  • Seçkilərin sonunda Baş Naziri təyin etmək (adətən İcmalar Palatasında səs çoxluğuna malik olan partiyanın lideri),

  • Parlamenti çağırmaq, işində fasilə təyin etmək və Parlamenti buraxmaq;

  • Müharibə elan etmək/sülh bağlamaq,

  • Xarici dövlət və hökumətləri rəsmən tanımaq,

  • Saziş bağlamaq,

  • Əraziləri özünə birləşdirmək və ya başqa ölkəyə güzəştə getmək,

  • Məhkəmə hakimiyyətinə rəhbərlik etmək (ölkədə bütün məhkəmələr Kral və ya kraliça məhkəməsi adlanır və bütün məhkəmə prosesləri kral yaxud kraliçanın adı ilə həyata keçirilir),

  • Silahlı Qüvvələrin Ali Baş Komandanı olmaq,

  • Mötəbər İngiltərə Kilsəsinin Ali Hakimi olmaq,

  • Silahlı Qüvvələr və kilsədə şəxsləri mühüm dövlət postlarına rəsmi şəkildə təyin etmək,

  • Əsilzadə, cəngavər və digər şərəf ordenləri ilə təltif etmək,

  • Gizli Şuranın görüşlərində kökumətin qərarlarını rəsmi şəkildə təsdiq etmək,

  • Avstraliya, Kanada, Yeni Zellandiya daxil olmaqla, yerli hakimlər tərəfindən idarə olunan 16 sabiq koloniyanın kral və ya kraliçası olmaq;

  • Dövlətin başçısı olmaq,

Kral və ya kraliçanın mühüm simvolik vəzifələri xalqın birliyini, tarixi ənənələri və davamlılığı qoruyub saxlamaq, dövlətin ruhani başçısı olmaqdır. Birləşmiş Krallığın konstitusiyası Maqna Karta, Hüquqlar Vəsatəti Ərizəsi və Hüquqlar Haqqında Bill (1689) kimi tarixi sənədlərin daxil olduğu formalaşdırılmamış konstitusiyadır. Konstitusiya qeyri-sabitdir və Parlament aktı ilə dəyişdirilə bilər.

Birləşmiş Krallıqda hakimiyyətin üç qolu vardır:



  1. İcraedici hakimiyyət (hökumət tərəfindən həyata keçirilir);

  2. Qanunverici hakimiyyət (həm hökumət, həm də parlament tərəfindən həyata keçirilir);

  3. Məhkəmə hakimiyyəti (məhkəmə sistemi tərəfindən həyata keçirilir);

Hökumətin üç qolunda ciddi bir hakimiyyət bölgüsü yoxdur (Birləşmiş Ştatlardan fərqli olaraq). Məsələn:

  1. Ölkənin bütün nazirləri qanunverici hakimiyyətin üzvləridir.

  2. Bəzi ali hakimlər Parlamentin yuxarı palatasında əyləşir.

Britaniya Parlamenti dünyanın bir çox ölkələrində olduğu kimi iki palatadan - İcmalar Palatası və Lordlar Palatasından ibarət ikipalatalı parlamentdir. Kral/kraliça Parlamentin üçüncü tərkib hissəsidir. Nəzəri olaraq, ali qanunverici hakimiyyət Kral və ya kraliçaya məxsusdur. Müasir dövrün təcrübəsində isə bu hakimiyyət Lordlar Palatasına məxsusdur. Kral/kraliça adətən Baş Naziirn məsləhəti ilə hərəkət edir və Lordlar Palatasının hakimiyyəti də məhduddur. İcmalar Palatası və Lordlar palatası Uestminster Sarayında ayrı-ayrı palatalarda görüşür.

Yüklə 126,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin