Baltik xalqları Baltik xalqlar və ya Baltlar



Yüklə 126,98 Kb.
səhifə4/31
tarix02.01.2022
ölçüsü126,98 Kb.
#42494
1   2   3   4   5   6   7   8   9   ...   31
imtahan

1948-ci il müharibəsi

1947-ci il noyabrın 29-da BMT Fələstin torpaqlarının 56 faizinin 650 min nəfərlik yəhudi xalqına, 44 faizinin isə 1 milyon 300 min nəfərlik Fələstin əhalisinə verilməsi və Qüdsün (Yerusəlim) Beynəlxalq statusa sahib bufer zona olması barədə planı təsdiqlədi. 1948-ci il mayın 14-də isə İsrail dövlətinin yaradılması rəsmən elan edildi. Heç 24 saat keçməmiş Misir, İordaniya, Suriya, Livan və İraqın orduları ölkəyə hücum edir. 15 ay davam edən döyüşlərdə yenicə təşkil olunmuş, pis silahlanmış İsrail Müdafiə Ordusu (TSAHAL) hücumları dəf edə bilir. Bundan sonra fələstinlilər vətənlərini tərk etməyə məcbur olurlar. 15 may 1948-ci ildə (fələstinlilər bu günü "Nəqbə" adlandırır) vətənlərini tərk edən fələstinlilərin 2 milyonu İordaniyada, 430 mini Livanda, 790 mini Qərbi Şəriyyədə, 1,1 milyonu Qəzzada yaşayır. BMT Təhlükəsizlik Şurasının qərarları bu fələstinlilərin torpaqlarına qeyd-şərtsiz olaraq qayıtmaq haqqını tanıyır. 1949-cu ildə aparılan müzakirələrdə yalnız 100 min fələstinlinin öz torpaqlarına qayıtmaq haqqını tanıyan İsrail rejimi son olaraq ortaya "Yəhudi dövləti" anlayışını atır. Fələstin rəhbərliyi isə "Yəhudi dövləti" anlayışının mühacirlərin geri, öz torpaqlarına qayıtmaq haqqını pozduğunu bildirir. 1949-cu ilin ilk aylarında BMT-nin himayəsi altında İsrail və ona qarşı döyüşən bütün ölkələr (İraqdan başqa) arasında birbaşa danışıqlar oldu, danışıqların gedişində hərbi əməliyyatların dayandırıldığı anda qeydə alınan atəşkəs xətlərinin saxlanılması haqqında razılıq əldə edildi. Nəticədə sahilətrafı düzənlik, Qalileya və bütün Hegev — İsrailin; Yəhudi və Samariya (Qərb Sahil) — İordaniya nın; Qəzzə bölgəsi — Misirin ixtiyarına keçdi, Qüds (Yerusəlim) isə elə bölündü ki, Köhnə şəhər də daxil olmaqla onun bütün şərq hissəsi İordaniyaya, qərb hissəsi isə İsrailə verildi. Beləliklə, İsrail 1947-ci il BMT-nin 181 N-li Qətnaməsinə görə ona qalan 56% Fələstin torpağını78%-ə qədər artırdı.

25 yanvar 1949-ci ildə 120 deputatdan ibarət Kneset (İsrail Parlamenti) öz işinə başlayır. 1949-cu il mayın 11-də İsrail BMT-nin 59-cu üzvü olur. Dövlətin əsasən təşkil edən prinsip — hər bir yəhudinin ölkəyə gəlmək və vətəndaşlıq almaq hüququnu təsdiq edən "səpələnmişlərin toplanması" prinsipi olur. Bu prinsipdən çıxış edərək ilk 4 ayda əsasən Avropa ölkələrindən 50 000 repatriant gəldi. 1951-ci ilin sonunda İsrail 687 000 repatriant qəbul edir (bunlardan 300 000-i ərəb ölkələrindən gələn qaçqınlar idi), bununla da ölkədə yəhudi əhalinin sayı ikiqat artır.[


Yüklə 126,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin