Baltik xalqları Baltik xalqlar və ya Baltlar



Yüklə 126,98 Kb.
səhifə13/31
tarix02.01.2022
ölçüsü126,98 Kb.
#42494
1   ...   9   10   11   12   13   14   15   16   ...   31
imtahan

Estonlar Estoniyanın əksəriyyətini meydana gətirən və ölkənin rəsmi dili olan Eston dili danışan etnik qrupa verilən addır. Estonlar, minlərlə il əvvəl Ural dağlarına sonrakı həyatdan olduqları bölgəyə köç etmişlər.

21. Maltalılar



Maltalılar — Maltanın yerli əhalisi. Ümumi sayı — 740 min nəfərdir və onlardan 396 min nəfəri Malta ərazisində yaşayır. Avstraliyada 164 min, Böyük Britaniyada 40 min, ABŞ-da 50 min, Kanadada 39 minə yaxın maltalı məskunlaşıb.

Malta dili sami dillərinin ərəb dil qrupuna daxildir. Ərəb dilinə yaxın olsa da italyan və Avropa dillərinin güclü təsirinə məruz qalmışdır.

Maltalılar Avropada yeganə Semit dilli xalqdır. Onlar Aralıq dənizində Malta və Qotso adalarında məskunlaşmışlar. Əsas məşğuliyyətləri əkinçilikdir. Otlaqların azlığı heyvandarlığı məhdudlaşdırır. İqlim Maltada ildə 2-3 dəfə məhsul götürməyə imkan verir. Maltalıların mənəvi həyatında katolosizm çox böyük rol oynayır.

Maltalıların əcdadlarının finikiyalılar olması ehtimal olunur. Məhz Malta ərazisində mövcud olan koloniyaların mövcudluğu bunu deməyə əsas verir. Sonradan bu ərazi karfagenlərin, romalıların, bizanslıların (395-870), ərəblərin (870-1201), normanların təsiri altında olmuşdur. 1201-ci ildə Malta Siciliyaya birləşdirilmiş. 1550-ci ildən Maltada İoannitlər ordeni hakimlik etmişdir. 1800-cü ildən isə Böyük Britaniyanın koloniyasına çevrildi. 1964-cü ildə özünüidarəetmə statusu alan Malta 1974-cü ildə müstəqilliyini elan etdi.

Maltalılar bağçılıq, heyvandarlıq, balıqçılıq kimi təsərrüfat sahələri ilə məşğul olmuş, sənətkarlıqdan krujevalı bəzəklərin, geyimlərin toxunuşu üstünlük təşkil etmişdir. Ümumən kənd təsərrüfatında üzümçülük və bağçılıq daha öndə olmuş. Bölgədə əkilən kartof ixrac olunur.

Malta üçün xarakterik tikililər - önündə fasadlı qalereyası olan evlərdir. Şəhər və yaşayış məntəqələri Cənubi Avropa üçün xarakterikdir. Ölkə paytaxtı tarixi abidələrlə zəngindir.

Geyimləri Avropa geyimlərinə yaxındır. Ənənəvi qadın geyimi — faldetta adlanan qara örtüyü olan bərk altlıqlı paltardır.

70. Fransa XX əsrin sonu XXI əsrin əvvəlində

Fransa Respublikası (köhnə mənbələrdə Frəngistan)-Qərbi Avropada dövlətdir. O, Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorra və İspaniya ilə həmsərhəddir. Fransa Avropa İttifaqının qurucu üzvüdür. Rusiya və Ukraynadan sonra ərazicə Avropanın ən böyük üçüncü ölkəsidir. Avropa qitəsinin qədim dövlətlərdən sayılır. "Fransa" adı, frankların yurdu mənasına gələn Frankiya kəliməsinə dayanır. Lakin frank sözünü mənşəyi ilə bağlı bir neçə iddia mövcüddur. Bunlardan biri bu sözün German dillərində  nizə mənasına gələn frankona sözünə dayandığı yönündədir. Başqa bir iddiaya görə isə frank sözü qədim German dilində "azad" mənasına gələn frey sözündən yaranıb.Frank kəliməsi müasir Fransızcada "franc" şəklində hələ də yaşamaqdadır və 2000-ci ildə avro Fransanın rəsmi pul vahidi olana qədər, Fransada istifadə olunana pulu adlandırmaq üçün istifadə olunub.

İkinci dünya müharibəsi Fransa həyatının bütün sahələrinə ciddi təsir etdi. 1875-ci ildən fəaliyyət göstərən III respublika müharibənin gedişində iflasa uğradı. Fransa 1944 cü ilin payızında işğaldan azad edildi. Dörd il davam edən işğal, hava bombardmanları və hərbi əməliyyatlar Fransaya böyük ziyan vurdu. Fransa müharibə zamanı 115 min adam, işğal dövründə isə daha 500 min adam itirdi. 1944-cü ilin payızında sənaye istehsalı müharibədən əvvəlki səviyyənin 38%-i, kənd təsərrüfatı isə 60%-i həcmində idi. Məhsuldar qüvvələrin 10%-i dağıdıldı. 1 milyon 400 min hektar torpaq sahəsi istifadədən düşdü. Rəsmi məlumatlara görə müharibə və işğal illərində Fransada 2100 min ev dağılmış, 253 min kəndli təsərrüfatı, 195 min 500 sənaye müəssisəsi zərər çəkmişdi.

101 domna peçindən müharibənin axırı üçün yalnız 7-si fəaliyyət göstərirdi. Bundan başqa 1000 körpü dağıdıldı, nəqliyyat vasitələrinin 2/3-si sıradan çıxdı. 17 min parovozdan yalnız 3 mini yararlı halda idi. Ölkəyə dəyən ümumi zərər 4,8 trilyon frank təşkil edirdi. Ölkənin maliyyə sistemi pozuldu. Edilən amerikan yardımları sayesində ABŞ kapitalının iqtisadiyyatda rolu gücləndi. 1945-ci ildə dövlət büdcəsinin kəsiri 200 milyard frank təşkil edirdi. Müharibə nəticəsində 100 min kiçik sənayə və ticarət müəssisəsi iflasa uğradı. Fransanın müstəmləkələri ilə əlaqələri qırıldı. Hind Çin Fransanın nəzarətindən çıxdı, Suriya və Livan müstəqillik qazandılar. Müharibədən sonra ölkə daxilində siyasi vəziyyət xeyli kəskinləşdi. Mərkəzdənqaçma meylləri gücləndi. Vişi rejiminin iflasa uğraması nəticəsində Üçüncü respublikanın konstitusiya sisteminin son qalıqları da məhv oldu. Siyasi mərkəzdənqaçmanın qarşısını almaq üçün Şarl de Qoll (1890-1970) ciddi tədbirlər həyata keçirdi. Onun rəhbərliyi altında 1944-cü il sentyabrın 9-da müvəqqəti hökumət təşkil edildi. Bu hökumət ölkədə demokratik quruluşu bərpa etdi.

-Nasistlərlə əməkdaşlıq edənlər cəzalandırıldılar. 2071 nəfərə ölüm hökmü çıxarıldı, 39 min 900 adam azadlıqdan məhrum edildi. Lakin ölüm hökmünün 2/3-si icra edilmədi. İşğalçılarla əməkdaşlıq edənlərdən 1950-ci ildə yalnız 4791 nəfəri həbsdə idi.

Sonralar onlar da amnistiya aldılar. Milli düşmənlə əməkdaşlıq edən 20 min məmurdan ancaq 5 min nəfəri işdən azad edildi. Azad edilmiş Fransanın siyasi vəziyyətinə antifașist, müqavimət hərəkatı, demokratik hərəkatın yüksəlişi təsir edirdi. Sağ partiyalar Vişi hökumətini müdafiə etdiklərinə, düşmanla əməkdaşlıq etdiklərinə görə özlərini gözdən salmışdılar. Radikallar Partiyası da müharibə illərində fəaliyyətsizlik göstərdiyinə görə əvvəlki nüfuzunu itirmişdi. Müqavimət hərəkatı ilə sıx əlaqədar olan antifasist, vətənpərvər qruplar ölkə həyatında önə keçdilər. Fransa Kommunist Partiyası nüfuzlu siyasi partiyaya çevrilməyə başladı. FKP ölkənin 5,5 mln. nəfər üzvü olan ən nəhəng həmkarlar ittifaqı olan Ümumi Əmək Konfederasiyasında üstün təsirə malik idi. Müharibədən sonra Sosialist Partiyası da öz mövqelərini möhkəmləndirdi. Partiyaya yenə Leon Blüm rəhbərlik edirdi. Müharibədən sonrakı ilk illardə Sosialist Partiyasının 350 min nəfər üzvü var idi. Sosialist Partiyası müqavimət hərəkatı milli şurasının proqramını müdafiə edirdi. Onlar həm də Ümumi Əmək Konfederasiyasının rəhbərliyinə daxil olmaqla ilk vaxtlarda kommunistlərlə fəaliyyət birliyinə tərəfdar idilər.

Kommunistlərdən vo sosialistlərdən başqa müqavimət herəkatında iştirak edən burjua partiyaları da xalq arasında nüfuza malik idilər. 1944-cü ilin noyabr ayında müqavimət hərəkatının katolik xadimləri Xalq Respublika Hərəkatı Partiyasını yaratdılar. Xalq Respublika Hərəkatı Partiyası struktur islahatların - bankların ve senayenin qismən millilaşdirilməsinin, habelə fəhlələrin idaretmədə iştirak etməsi şərtilə müassisələrdə islahat keçirilməsinin tərəfdarı idilər. Müvəqqəti hökumətin başçısı «Azad Fransa»nın yaradıcısı hesab edilən Şarl de Qoll müstəsna nüfuza malik idi. Fransızların çoxu onu müqavimət harəkatının əsas təşkilatçısı və Fransanın xilaskarı sayırdılar. Şarl de Qoll müstəqil siyasət yeridə bilən və ciddi sosial islahatlar həyata keçirən güclü dövlət yaratmaqla Fransanın böyüklüyünü özünə qaytarmağa ümid edirdi. O, sənayenin və bankların qismən milliləşdirilməsinin, iqtisadiyyatın dövlət tərəfindən planlaşdırılmasının, sosial sığorta sisteminin inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edirdi.


Yüklə 126,98 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin