Baltik xalqları Baltik xalqlar və ya Baltlar


Fransada beşinci respublika. Konstitusiyanın qəbulu



Yüklə 126,98 Kb.
səhifə14/31
tarix02.01.2022
ölçüsü126,98 Kb.
#42494
1   ...   10   11   12   13   14   15   16   17   ...   31
imtahan

Fransada beşinci respublika. Konstitusiyanın qəbulu

1958-ci il iyunun 1-də Fransa Milli Məclisi Şarl de Qollun baş nazir təyin edilməsi və ona fövqəladə səlahiyyətlər verilməsi barədə qərar qəbul etdi. Qısa müddətdə yeni konstitusiya layihəsi hazırlandı. 1958-ci il sentyabrın 28-də yeni konstitusiyanın layihəsi ümumxalq müzakirəsinə çıxarıldı. Referendumda iştirak edənlərin 79%-i konstitusiya layihəsini bəyəndi. Beləliklə, ölkəda V respublika yaradıldı. Qəbul edilən konstitusiya dövlət idarəçilik sistemini əsaslı olaraq dəyişdirdi. Fransa prezidentli respublika elan edildi. Prezident parlament üzvləri xüsusi seçkiçilər kollegiyası tərəfindən 7 il müddətinə seçilirdi. O, dövlətin başçısı, icra hakimiyyətinin rəhbəri ve silahlı qüvvələrin ali baş komandanı vəzifələrini əlində cəmləşdirirdi.

Prezident qanunları təsdiq edirdi. O, hətta parlamentin təsdiqinə ehtiyac olmadan dekretlər verə, parlamenti buraxa yeni seçkilər keçirə bilərdi. Milli Məclisin qanunverici təşəbbüsü və hökumətin tərkibini təsdiq etmek hüququ var idi. V respublikanın konstitusiyasında IV respublikanın konstitusiyasında təsbit olunan vətəndaşların əsas hüquq və vəzifələri saxlanılırdı.


Yüklə 126,98 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin