Faizli məsrəflər müddətli depozitlər və əmanət qoyuluşlarından müştərilərə ödənilmiş faizlərdən təşkil olunur. Buraya eləcə də digər bankların depozitləri, kredit əməliyyatları, qiymətli kağızların buraxılışı da daxildir.
Faizsiz məsrəflər - bank tərəfindən qiymətli kağızlar üzrə, xarici valyuta, kassa və hesablaşma əməliyyatlarına sərf olunan məsrəflər aiddir.
Digər məsrəflər veksel üzrə diskont əməliyyatları, vergilərin ödənilməsi, qiymətli kağızlar bazarında spekulyativ əməliyyatların itkiləri, valyuta bazarı əməliyyatları, bank əmlakının satışına aid ehtiyat vəsaitlərinin təşkili ilə sıx əlaqədardır.