Qiyımtli kağızlarla fəaliyyati - bankın qiymətli kağızlar buraxmasından, qiymətli kağızların bazarda reallaşmasından, ikinci növ bazar sistemində digər emitent idarələrin qiymətli kağızları ilə təşkil olunmuş əməliyyatlardan, müəssisələrin özəlləşdirilməsi ilə əlaqədar xidmətlər şəbəkəsindən ibarətdir. Kommersiyanm bu növündən gələn bankın gəliri şəxsi və emitent idarələrin qiymətli kağızlarının alqı-satqının kursu üzrə fərqlər, özəlləşmə xidmətlərinin tapşırıqları əsasında toplanılır.
Bankın zəmanətli fəaliyyati daima gəlir gətirir. Müştərilə hesablaşmaların təşkili və kreditləin alınması üçün müxtəlif növlü zəmanətlərin verilməsi müqabilində bank pul mükafatı ala bilər. Lakin bankın təmənnasız zəmanətli fəaliyyəti də mövcuddur. Bu, müştəri bankın şəxsi imicini qoruduğu an və sərfəli xidmətlərin icrası zamanı baş verir.
Əmanətlərin cəlb edilməsi və əmanətçinin tapşınğına əsasən əməliyyatların icrası ilə bağlı faaliyyət. Fəaliyyətin bu növü gəliri növbəti üsullar vasitəsilə almağa imkan yaradır:
komissiyon mükafatlandırmaya əsasən:
hesabların açılmasma görə;
hesablaşmaların aparılmasına görə.
Müəyyən dövr üçün təyin edilmiş komissiya (pul vahidi ilə)
Dövriyyədən əldə olunan komissiya. (dövriyyəyə görə %-lə)
hesab üzrə əməliyyat siyahısının təqdimatı;
qapalı hesablar:
hesablaşma xarakterli əməliyyatlarm və ya nağd pulların verilməsinin həyata keçirilməsi üzrə.
Bank digər bank birliklərinə verdiyi kreditlərdən nxüəyyən qədər faiz əldə edirsə, bu zaman gəlir mənbəyi kimi müxhir münasibətləri çıxış edir. Gəlir faiz tarifinin səviyyəsindən və köçürülmə qaydasından, kreditin verilmə müddətinin uzadılmasından asılıdır.