Bank əməliyyatlarının mahiyyəti, əməliyyat təsnifi, gəlirləri və xərcləri


Qeydiyyat üsuluna əsasən 1998-ci ilə qədər məsrəflərin 3 qrupu ayırd edilirdi



Yüklə 27,61 Kb.
səhifə9/11
tarix10.05.2022
ölçüsü27,61 Kb.
#56969
1   2   3   4   5   6   7   8   9   10   11
muhazire05 (1)

Qeydiyyat üsuluna əsasən 1998-ci ilə qədər məsrəflərin 3 qrupu ayırd edilirdi:

  • bankın əməliyyat və digər məsrəfləri;

  • idarəetmə aparatının təminatı üçün sərf olunan məsrəflər;

  • bank tərəfindən ödənilən cərimələr..

Bankın əməliyyat və digər məsrəflərinə bank tərəfindən ödənilən vergilər, cəlb edilmiş vəsaitlərə görə ödənilən faizlər, əsas fondların amortizasiyası, qeyri- maddi aktivlər, icarə məsrəfləri, reklam xərcləri, hesablaşma mərkəzlərinin xidmətlərinin ödəniş, poçt və teleqraf xərcləri, təhsil məsrəfləri, blank məsrəfləri məlumatın maqnit daşıyıcıları, məxfi sənədlər və qeyri-maddi xüsusiyyətli məsrəflər də aiddir. Göründüyü kimi əməliyyat məsrəfləri faizli, faizsiz və digər məsrəflərə bölünür.

Ikinci qrupa - idavəetmə aparatının təminatına sərf olunan xərclər aiddir. Əmək haqqı, mükafat, sosial yönlü fondlara pul vəsaiti köçürmələri, binaların,avadanlığın və yüngül nəqliyyatın təminatına sərf olunan xərclər, mühafizə, məzuniyyət və dəftərxana məsrəfləri. Xüsusiyyətinə görə bu qrup faizsiz məsrəflərə daxildir.

1999-cu ildən etibarən hesabların yeni planı sadalanan əməliyyat məsrəflərinin bir neçə qrupa bölünməsini nəzərdə tutur. Bunun üçün ikinci dərəcəli sərbəst balans hesabları açılır (tərtib olunur):

  • cəlb edilmiş kreditlərin ödəniş faizləri,

  • cəlb olunmuş vəsaitlər üzrə hüquqi şəxslərə ödənilən faizlər,

  • depozitlər üzrə fıziki şəxslərə ödənilən faizlər,

  • qiymətli kağızlar üzrə əməliyyatların məsrəfləri,

  • xarici valyuta əməliyyatlaının məsrəfləri?

  • digər xərclər.

Bebliklə, qeydiyyatın yeni sistemi kəmiyyət əlamətlərinə əsasən məsrəflərin daha dəqiq təsnifatını təqdim edir, faizli və faizsiz məsrəfləri fərqləndirməyə imkan verir, bank fəaliyyəti haqqında tam məlumat ilə təmin olunur.

Bəzi məsrəflər bankın xərcləri hesabına aiddir. Milli qanunauyğunluğa əsasən bu məzuniyyət, şəxsi avtomaşınlarda xidməti səfərlər kompensasiyası, elan, banklararası kreditin ödəniş məsrəfləridir.

«Hesabat ilinin mədaxil və itkilərinə» dair məsrəfləri qrupunu da ayırd etmək olar: qanunsuz yeyintilər itkisi, kassa əməliyyatları üzrə çatışmayan vəsait, saxta pul vəsaitinin, qəpiklərin qəbulu nəticəsində yaranan itkilər. Bütün bu məsrəflər təminatına görə bankın bilavasitə itkiləri deməkdir.

Kommersiya bankının gəlir səviyyəsinin qiymətləndirilməsinin əsas üsulları kimi bunları ayırd etmək mümkündür:

  • gəlir mənbələrinin struktur təhlili;

  • maliyyə əmsalları sisteminin təhlili;

  • amillərin təhlili.


  • Yüklə 27,61 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin