Meşə yanğınları. Yanğın – Alovun insanın nəzarətindən çıxıb, tələfat törədərək kortəbii şəkildə yayılmasıdır. Meşə yanğınları zamanı alov ağacları və kolları, tədarük edilmiş meşə materiallarını, binaları və tikililəri yandıraraq külə döndərir.Yanğından zədələnmiş ağaclar zərərli xəstəliklərin yayılma mənbəyi olur ki, bu da nəinki alovdan zədələnmiş, həm də yaxınlıqdakı meşə sahələrinin tələf olmasına səbəb olur.
Meşə yanğınları müxtəlif səbəblərdən baş verir. Meşə yanğınlarının 80%-i meşədə işləyən və ya dincələn zaman əhalinin odla düzgün davranmaması və yanğından mühafizə qaydalarına əməl etməməsi, habelə meşə işlərində yanğından mühafizə cəhətdən saz olmayan texnikadan istifadə etmək nəticəsində baş verir. Meşə yanğınları tufan zamanı ildırımdan, habelə əlverişsiz hava şəraitində(havaların çox isti keçməsi, uzun müddət quraqlıq olanda baş verir.
Dostları ilə paylaş: |