Zəlzələlər. Zəlzələ - Yer qabığı səthində baş verən tektonik enerjinin paylanması zamanı əmələ gələn amplitud silkələnməsidir.Zəlzələ dalğalarının bilavasitə yarandığı yerə zəlzələnin hiposentri (ocağı) deyilir.Zəlzələ ocağının mərkəzindən yuxarıda – yer üzərindəki nöqtəyə zəlzələnin episentri deyilir.Çox vaxt zəlzələ ocaqları təxminən 60 km, bəzən də 700 km-ə qədər dərində olur.Yer üzərində zəlzələnin gücü 12 ballıq şkala üzrə, ballarla ölçülür. Zəlzələni seysmoqraf adlanan cihazla ölçürlər. Bəzi canlılar (balıq-lar ,ilanlar,qurbağalar və başqaları) zəlzələni qabaqcadan hiss etsələr də insanlar hələ ki zəlzələnin baş vermə vaxtının dəqiq proqnozunu verə bimirlər.Buna görə də onunla mübarizə aparmaq mümkün deyil.Onun yalnız nəticələrinin aradan qaldırılması mümkündür.
Adətən zəlzələr böyük əraziləri əhatə edir. Güclü zəlzələr vaxtı bütöv şəhərlər dağılır, bəzən də su altında qalır, binalar və tikililər uçur və və ciddi surətdə zədələnir, adamlar isə uçqun altında qalır.Kommunal-energetika şəbəkələri sıradan çıxır; bu vaxt yerin altında olan boru kəmərləri, əsasən çənlərə, quyulara, nasos stansiyalarına birləşdiyi, evlərə daxil olduğu və çıxdığı yerlərdə zədələnir; boruların bir-birinə birləşmə yerləri daha tez zədələnir.
Dostları ilə paylaş: |