Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə187/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   183   184   185   186   187   188   189   190   ...   538
İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.meclis.gov.az

Elmira Axundova

1953

60 

illiyi

Nasir, publisist


148

Milli ədəbiyyat

Qövsi Təbrizi

1568-1640

MA

Y

Əlican Qövsi Təbrizi 1568-ci il 

may ayının 31-də  Təbriz  şəhərində, 

sənətkar ailəsində dünyaya göz aç-

mışdır. 

Qövsi Təbrizi XVI-XVII əsr 

Azərbaycan poeziyasının  ən par-

laq nümayəndələrindən biri ol-

muşdur.  Şairin Azərbaycan dilində 

bizə  gəlib çatmış “Divan”ının iki 

nüsxəsi məlumdur: birincisi Britani-

ya muzeyində, ikincisi Gürcüstanın 

Dövlət muzeyində saxlanılır. 

Şair Füzuli ədəbi məktəbinin 

görkəmli davamçılarından hesab 

olunur. Qövsi elə bir dövrdə yaşa-

mışdır ki, o, həm köhnə Azərbaycan 

dilinin klassik şeir dili mərhələsini 

(XV  əsr), həm də yeni Azərbaycan 

dilinin xəlqiləşməsi dövrünü (XVII 

əsr) öz yaradıcılığında inikas etdirə 

bilmişdir. Lirik qəzəllərində  mənəvi 

azadlıq, insanların arzu və istəkləri 

tərənnüm olunur. 

Bir sıra  şairə, xüsusilə, Füzuliyə 

nəzirələr yazmışdır. Onun yaradıcı-

lığı Azərbaycan  şeirinin inkişafında 

mühüm rol oynamışdır.

Qövsinin  əsərlərindən nümunələr 

ilk dəfə 1925-ci ildə Firudun bəy 

Köçərlinin “Azərbaycan  ədəbiyyatı 

tarixi materialları”  əsərinin birinci 

hissəsində  nəşr olunmuşdur. Həmin 

ildə Salman Mümtaz şairin altmışa ya-

xın qəzəlini ayrıca kitabçada “Kom-

munist” qəzetinin nəşriyyatında nəşr 

etdirmişdir. 

1958-ci ildə akademik Həmid 

Araslı Qövsi “Divan”ının Tiflis və 

London nüsxələri  əsasında onun se-

çilmiş  əsərlərini (buraya şairin 145 

qəzəli, 1 mürəbbesi, 2 müxəmməsi, 

1 müqəddəsi, 1 tərkibbəndi, 4 

tərcibəndi daxil edilib) çap etdirmiş-

di. “Azərbaycan klassik ədəbiyyatı 

kitabxanası” 20 cildliyinin 1988-ci 

ildə nəşr edilmiş VI cildinə Qövsinin 

də əsəri daxil edilmişdir.

Əlican Qövsi Təbrizi 1640-cı ildə 

vəfat etmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin