Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə188/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   184   185   186   187   188   189   190   191   ...   538
26

31

Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn]       

/Qövsi Təbrizi; tərt. ed. və 

ön söz. müəl. P.Kərimov; 

red. K.Allahyarov.- Bakı: 

Lider, 2005.- 328 s. 

Divan [Mətn] /Q.Təbrizi; 

red. M.Adilov; nəşrə haz. 

P.Kərimov; AMEA M.Füzuli 

adına Əlyazmalar İnstitutu.- 

Bakı: Nurlan, 2005.- 449 s.

Əlican Qövsi Təbrizi 

“Divan”ının tekstoloji 

tədqiqi [Mətn]: [Qövsi 

“Divan”ının Təbriz nüsxəsi 

(fotofaksimile)] /P.Kərimov; 

red.: M.Adilov; AMEA, 

M.Füzuli adına Əlyazmalar 

İnstitutu.- Bakı: Nurlan, 

2006.- 246 s. 

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

445 

illiyi

Şair


149

Dünya ədəbiyyatı

Ömər Xəyyam

1048-1131

MA

Y

18

Ə d ə b i y y a t

Rübailər [Mətn] /Ömər 

Xəyyam; tərc. ed. М.Seyidzadə; 

ön söz. müəl. Ə.Hacızadə.- 

Bakı: Lider, 2004.- 104 s. 

Rübailər [Mətn] /Ömər 

Xəyyam; ön söz. Ə.Polad; 

elmi məsl.: V.Məmmədəliyev, 

N.Cəfərov; elmi red. və son söz 

əvəzi R.Hüseynov, H.İsaxanlı; 

miniatürlər fotoşəkili 

A.Mustafazadə; cildçi Barın 

Cilt Evi.- Bakı: Səda, 2008.-

376 s. 

Yüz bir rübai [Mətn] 

/Ö.Xəyyam; poetik tərc. müəl. 

Dönməz; red. N.Göyüşov; 

[rəssam Bulud].- Bakı :Azənəşr, 

2011.- 231 s. 

İ n t e r n e t d ə

www.anl.az 

www.az.wikipedia.org

Ömər ibn İbrahim Xəyyam 1048-

ci il may ayının 18-də İranın Xorasan 

vilayətinin Nişapur şəhərində anadan 

olmuşdur. Gənc yaşlarında doğma 

şəhərinin səlcuqilərin aramsız hü-

cumlarına məruz qalması səbəbindən 

Nişapuru tərk etməli və Səmərqənddə 

qərar tutmalı olmuşdur. 1074-cü ildə 

İsfahana, rəsədxanaya  rəhbərlik et-

mək üçün dəvət almışdır. 1092-ci 

ildə ona hamilik edən Səlcuq  şahı 

Məlik şahın və vəzir Nizam-əl Mül-

kün vəfatından sonra İsfahanı  tərk 

etməli olmuşdur.

Xəyyam bir müddət Mərvdə Məlik 

şahın varislərindən birinin sarayın-

da işləmiş, amma ona çox arzuladığı 

yeni rəsədxana açmaq qismət olma-

mışdır.


O,  Şərqdə  və  ələlxüsus Qərbdə 

özünün müdriklik, yumor və satira 

dolu, bəzən də bir qədər qaba səslənən 

rübailəri ilə məşhurdur. Şərqdə uzun 

müddət yaddaşlardan silinən Xəyyam 

rübailəri Avropaya Edvard Fitsjeral-

dın tərcümələri ilə qədəm qoymuş və 

görünməmiş uğur əldə etmişdir.

Ömər Xəyyam həm də bü-

tün dövrlərin  ən böyük riyaziyat-

çılarından biri olmuşdur. “Riyazi 

problemlərin nümayişinə dair” trak-

tatı ilə riyaziyyat elminin inkişafına 

misilsiz töhfələr vermişdir. 

Xəyyam qapalı  həyat tərzi keçir-

mişdir.  İsfahandakı elmi fəaliyyəti 

dövründə Ömər Xəyyam fəlsəfə 

problemləri ilə də məşğul olmuşdur. 

O,  İbn Sinanın böyük elmi irsini 

diqqətlə öyrənmiş, bir neçə  əsərini 

ərəb dilindən fars dilinə çevirmiş-

di. Ömər Xəyyam ilk fəlsəfi  əsərini 

- “Varlıq və  zərurilik haqqında 

traktat”ı 1080-ci ildə yazmışdı. O, 

öz traktatlarında fəlsəfənin ayrı-ayrı 

vacib məsələlərinə toxunmuşdur. 

Xəyyam yazılarında yığcamlığı üs-

tün tutmuş, az sözlə tutarlı  fikirlər 

söyləməyi lazım bilmişdir. Ona görə 

də əsərlərinin hamısı lakonik, bəzən 

bir neçə səhifədən ibarət olmuşdur.

...


Dünya - ömrümüzdən keçən bir 

andır,


Ceyhun - gözümüzdən axan ley-

sandır,


Cəhənnəm - boş  əməl qığılcımı-

dır,


Cənnətsə xoş keçən rahat zaman-

dır.


Şad ol, ömrü çarpma kədərlə 

daşa,


Bu zalım dünyada sən adil yaşa.

İndi ki, dünyanın sonu yoxluqdur,

Zənn et yoxsan, ömrü azad vur 

başa.


Ulduzla doludur bu böyük eyvan,

Onlara çox ağıl qalmışdır heyran.

Ağıl kələfini itirmə əsla!

Kainat özü də qalıb sərgərdan.

Ömər Xəyyam 1131-ci il aprel 

ayının 12-də vəfat etmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin