Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə192/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   188   189   190   191   192   193   194   195   ...   538
115 

illiyi

31

Xanəndə

Musiqi.Opera.Balet 


153

Teatr.Kino

Kamal Xudaverdiyev 

1938-2008

MA

Y

Kamal Ağahüseyn oğlu Xudaver-

diyev 1938-ci ildə may ayının 3-də 

Bakıda doğulmuşdur.

Aktyorluq sənətinə 21 yaşın-

dan maraq göstərmiş  və Bakıda 

müxtəlif dram dərnəklərinə getmiş-

dir. 1961-ci ildə Mirzağa  Əliyev 

adına Azərbaycan Dövlət Teatr İns-

titutunun dram və kino aktyorluğu 

fakültəsinə daxil olmuş, qüdrətli 

sənətkarlar  Ədil  İsgəndərov, Mehdi 

Məmmədov və Rza Təhmasibdən ix-

tisas təhsili almışdır. 

1965-ci ildə ali təhsilini başa vu-

ran Kamal Xudaverdiyev Akademik 

Milli Dram Teatrının baş rejissoru 

Tofiq Kazımovun təklifı ilə oktyabr 

ayının 1-də truppaya ştata götürül-

müş, müəyyən qısa fasiləni çıxmaqla 

yalnız Akademik Milli Dram Teatrın-

da işləmişdir. Aktyor teatrdan əlavə 

Azərbaycan Dövlət Televiziyasında 

da hazırlanan tamaşalarda çoxlu ob-

razlar ifa etmişdir. Bu baxımdan onun 

İlyas Əfəndiyevin “Atayevlər ailəsi” 

(İldırım),  Ənvər Məmmədxanlının 

“Şərqin səhəri” (Cavanşir bəy), 

Mehdi Hüseynin “Alov” (Qaşqay), 

Əlibala Hacızadənin “Yadigar” 

(Müəllim), Nazim Hikmətin “Bay-

ramın son günü” (Firuz) və  “Şöhrət 

və ya unudulan adam” (Doktor), El-

çin Mehrəliyevin “Yurd yeri” (Mahal 

kişi) televiziya tamaşalarında oynadı-

ğı rollar bədii cəhətdən daha bitkindir. 

Müxtəlif illərdə “Azərbaycanfilm” 

kinostudiyasında “İstintaq da-

vam edir” (Çingizov), “Sonuncu 

müsahibə” (Həsənov), “Dağlarda 

döyüş” (Rüstəmov), “Nəsimi” (Yu-

sif), “Abşeron” (Əli), “Üzü küləyə” 

(Kombinat müdiri), “Adanı özünlə 

apara bilməzsən” (Ata), “Oteldə bir 

otaq” (Alim), “Dədə Qorqud” (Ata) 

filmlərində xaraktercə fərqli obrazla-

ra çəkilmişdir. Kamal Xudaverdiyev 

aktyor kimi geniş mənada lirik psixo-

loji üslublu məktəbin nümayəndəsi 

olmuşdur.  Ən parlaq rollarını  məhz 

həmin janrlı  əsərlərin tamaşalarında 

qazanmışdır. Bununla belə, romantik 

ruhlu tamaşalarda, komediyalarda da 

rollar oynamışdır.

Kamal Ağahüseyn oğlu Xuda-

verdiyev teatr və kino yaradıcılı-

ğındakı  səmərəli fəaliyyətinə, qa-

zandığı nailiyyətlərə görə 1982-ci 

ildə “Azərbaycan Respublikası-

nın  Əməkdar artisti”, 1991-ci ildə 

“Xalq artisti” fəxri adları ilə  təltif 

olunmuş, Prezident təqaüdçüsü ol-

muşdur. 1991-ci ildən Azərbaycan 

Dövlət Mədəniyyət və  İncəsənət 

Universitetində aktyor sənətindən 

dərs demişdir.

Görkəmli aktyor 2008-ci il ap-

rel ayının 23-də ürək çatışmazlığı 

səbəbindən vəfat etmişdir. 


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin