Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə194/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   190   191   192   193   194   195   196   197   ...   538
Ə d ə b i y y a t

Cəfərov, R. Rejis-

surada və sənət 

baxışlarında fəlsəfi 

təfəkkür: (Görkəmli 

səhnə və elm xadimi 

Mehdi Məmmədovun 

fəaliyyətində tədqiq edi-

lir) [Mətn] /R.Cəfərov; 

Azərb. Döv. Mədəniyyət 

və İncəsənət Un-ti.- Bakı, 

2002.- 159 s.

Talıbzadə, A. Mehdi 

müəmması və ya sənətdə 

konseptual hamletizm 

[Mətn] /A.Talıbzadə; 

elmi red. Ə.Vəliyev; 

Azərb. Resp. Mədəniyyət 

və Turizm Nazirliyi.- 

Bakı: Elm və Təhsil, 

2009.- 382 s. 

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

22

Teatrşünas

MA

Y

1


155

MA

Y

8

Teatr.Kino

65 

illiyi

Fuad Poladov 

1948

MA

Y

Fuad Ağarəhim oğlu Poladov 1948-

ci il may ayının 24-də Bakıda doğul-

muşdur.


 1967-1972-ci illərdə Azərbaycan 

Dövlət  İncəsənət  İnstitutunun dram 

və kino aktyorluğu fakültəsində  təhsil 

almışdır. Sənətə 1966-cı ildə  “İstintaq 

davam edir” filmində  çəkildiyi Səlim 

rolu ilə gəlmişdir.

Sənət müəllimi Tofiq Kazımovun 

dəvəti ilə  tələbə ikən Akademik Mil-

li Dram Teatrında hazırlanan  İlyas 

Əfəndiyevin “Məhv olmuş gündəliklər” 

pyesinin tamaşasında Savalan rolunu 

oynamışdır. Premyerası 1969-cu il no-

yabr ayının 29-da göstərilən tamaşa-

dan sonra Fuad Poladov teatrın aktyor 

truppasına daxil olmuşdur. İyirmi il bu 

kollektivdə  işləyən sənətkar 1989-cu 

ildən Səməd Vurğun adına Azərbaycan 

Dövlət Rus Dram Teatrının aktyoru-

dur.

Aktyor 1987-ci ildə “Xalq artisti” 



fəxri adına layiq görülmüşdür.

Fuad Poladovun səhnədə yaratdığı 

bütün obrazların taleyi ifa baxımın-

dan uğurlu olmuşdur. Aktyorun yüksək 

sənətkarlıqla oynadığı  Rəhman, Va-

leh, Qədim, Mübarək Səltənə (“Mahnı 

dağlarda qaldı”, “Qəribə oğlan”, “Bül-

lur sarayda” və  “Şeyx Xiyabani”- İl-

yas  Əfəndiyev), Cığatay (“Yağışdan 

sonra”, Bəxtiyar Vahabzadə), Fərhad 

(“Məhəbbət əfsanəsi”, Nazim Hikmət),  

Şahbaz bəy (“Müsyö Jordan və dərviş 

Məstəli şah”, Mirzə Fətəli Axundzadə), 

Şöklü Məlik (“Torpağa sancılan qılınc”, 

Nəbi Xəzri), Zaur (“Təhminə və Zaur”, 

Anar), Baron (“Həyatın dibində”, Mak-

sim Qorki) rolları yüksək bədii dəyərli 

səhnə surətləridir.

Teatrın dəvəti ilə Fuad Poladov 29 

mart 2002-ci ildə Akademik Milli Dram 

teatrında Vilyam Şekspirin eyniadlı 

faciəsində Hamlet rolunu uğurla oyna-

mış və buna görədə 2003-cü ildə “Qızıl 

Dərviş“, “Qran-pri” mükafatı almışdır.  

O, səhnədə düşünməyi, düşüncələrini 

fəlsəfi dəyərlərlə çatdırmağı, ən adi ob-

raza da psixoloji ahəng verməyi bacar-

mışdır.


Fuad Poladovun səhnə plastikası 

ifa etdiyi obrazın psixoloji və emosio-

nal duyğularına uyğun şəkildə dəyişir. 

Bu yaradıcılıq xüsusiyyətləri hər dəfə 

yeni ölçüdə və orijinal təqdimdə tama-

şaçılara çatdırılır. Fuad Poladov obraza 

ictimai dəyər gətirməyi, ona psixoloji-

sosial mahiyyət aşılamağı sevən və 

bunu yüksək peşəkarlıqla öz oyununda 

realizə edən aktyordur.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin