Teqvim2013. pdf


Siyasət.Hərbi iş 125



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə202/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   198   199   200   201   202   203   204   205   ...   538
160

Siyasət.Hərbi iş

125 

illiyi

Əbdülhəmid bəy Qaytabaşı

1888-1920

MA

Y

Əbdülhəmid bəy  Şərif bəy oğlu 

Qaytabaşı 1888-ci il may ayının 21-də 

anadan olmuşdur.  

Azərbaycan Xalq Cümhuriyyətinin 

hərbi naziri Səməd bəy Mehmandaro-

vun 1918-ci il 15 noyabr tarixli əmri 

ilə Ümumi qərargahın tərkibindəki 

növbətçi general vəzifəsinə təyin olun-

muşdu. Onun tabeliyində müfəttişlər 

bölməsi, təmir və  bərpa bölməsi, 

ümumi bölmə, qeyri-nizami bölmə və 

nəşriyyat var idi.

Azərbaycan Xalq Cümhuriyyəti 

Nazirlər  şurasının 1919-cu il 25 iyun 

tarixli qərarı ilə Qaytabaşı general-

mayor rütbəsinə layiq görülmüş-

dü. 1919-cu il dekabr ayının 10-da 

general-mayor Həbib bəy Səlimov 

Bakı istehkamçılar hissəsinin rəisi 

təyin edilərkən, ümumi qərargah rəisi 

vəzifəsinin müvəqqəti icrası Qaytaba-

şıya həvalə olunmuşdu. O, bu vəzifəni 

Azərbaycan ordusunun qərargahı ya-

radılana qədər icra etmişdir. 

1920-ci il mart ayının 1-dən 

fəaliyyətə başlayan  Azərbaycan ordusu 

qərargahında Qaytabaşı növbətçi gene-

ralın idarəsinə rəhbərlik edirdi. Hərbi 

nazirlikdə struktur dəyişikliklərindən 

sonra ümumi bölmə, təftiş bölməsi, 

pensiya bölməsi və nəşriyyat işləri bu 

idarəyə verilmişdi. 

1920-ci il aprel işğalından sonra 

Qaytabaşı qısa müddət Azərbaycan or-

dusu qərargahının rəisi vəzifəsini icra 

etmişdi. Lakin Azərbaycanda sovet-

bolşevik rejiminə qarşı müqavimət 

hərəkatı genişləndikdə, bir çox 

cümhuriyyət generalları kimi, Qayta-

başı da bolşeviklər tərəfindən repressi-

yaya məruz qalmış və 1920-ci il iyun 

ayının 28-də güllələnmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin