161
MA
Y
1
Siyasət.Hərbi iş
65
illiyi
Fatma Abdullazadə
1948
MA
Y
Fatma Hüseyn qızı Abdullazadə
1948-ci il may ayının 28-də Bakı
şəhərində anadan olmuşdur.
O, 1971-ci ildə Azərbaycan Döv-
lət Universitetinin (indiki BDU)
mexanika-riyaziyyat fakültəsini fərq-
lənmə diplomu ilə bitirmişdir. 1971-
1974-cü illərdə M.V.Lomonosov adı-
na Moskva Dövlət Universitetinda
aspiranturada təhsil almış, 1981-ci
ildə görkəmli riyaziyyatçı, fizika riya-
ziyyat elmləri doktoru R.A.Minlosun
rəhbərliyi altında namizədlik disserta-
siyasını uğurla müdafiə etmişdir.
Əmək fəaliyyətinə 1971-ci ildə
Bakı Dövlət Universitetində baş labo-
rant vəzifəsində çalışmaqla başlamış-
dır.
1974-cü ildən Azərbaycan EA Riya-
ziyyat və Mexanika İnstitutunda kiçik
elmi işçi, baş elmi işçi, 1985-ci ildən
Azərbaycan EA partiya komitəsinin
katibi, Azərbaycabn KP MK elm və
tədris müəssisələri şöbəsi müdirinin
müavini, 1988-ci ildən Azərbaycan
Neft Akademiyasında professor vəzi-
fələrində işləmişdir.
1988-ci ildə Moskva Aviasiya Aka-
demiyasında müdafiə edərək fizika-
riyaziyyat elmləri doktoru elmi adı
almışdır.
Alimin müasir riyaziyyatla bağ-
lı araşdırmaları respublikamızda
və xarici ölkələrdə nəşr olunmuş-
dur. Bir sıra elmi əsərlərin, metodik
vəsaitlərin müəllifi və redaktoru-
dur. Din, mədəniyyət və mənəviyyat
problemlərinə həsr edilmiş bir neçə
tədqiqat əsəri nəşr edilmişdir.
Fatma Abdullazadə 1993-cü ildən
indiyədək Azərbaycan Respublikası
Prezidenti Administrasiyası Humanitar
siyasət şöbəsinin müdiri vəzifəsində
çalışır.
1995-ci ildə Azərbaycan Respubli-
kası Milli Məclisinə deputat seçilmiş-
dir.
Azərbaycan Respublikası Preziden-
tinin 2008-ci il 2 iyun tarixli Sərəncamı
ilə Fatma xanım Abdullazadə dövlət
qulluğundakı səmərəli fəliyyətinə görə
“Şöhrət” ordeni ilə təltif edilmişdir.
28
İctimai-siyasi xadim
Dostları ilə paylaş: