Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə211/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   207   208   209   210   211   212   213   214   ...   538
MA

Y

23

Ünvan: Bakı şəhəri, Xaqani küç., 29

• 

Tel.: (+994 12) 493 40 03

• 

Fax: (+994 12) 498 08 22

• 

E-mail: contact@anl.az

• 

Sayt: http://www.anl.az

• 


168

milli çap məhsullarının arxiv fondunun yaradılması 

və milli biblioqrafıya vəsaitlərinin tərtibi funksiya-

sını da müvəffəqiyyətlə yerinə yetirir. Artıq 2004-

cü ildən başlayaraq kitabxana ölkə ərazisində nəşr 

olunan bütün çap məhsullarının dövlət qeydini 

aparır və il ərzində ölkədə nəşr olunan bütün ma-

terialları özündə əks etdirən “Birillik Azərbaycan 

kitabiyyatı”nı, 2006-cı ildən isə fonduna daxil olan 

yeni ədəbiyyatın cari biblioqrafik göstəricisi olan 

“Yeni kitablar” biblioqrafik vəsaitini hər rübdə bir 

dəfə nəşr edərək, həmin dövr ərzində Milli Kitab-

xananın fondlarına daxil olan bütün yeni ədəbiyyat 

haqqında informasiya verir.

Dövrün tələbinə uyğun olaraq Milli Kitabxa-

nanın veb saytı (www.anl.az), elektron kataloqu 

(http://ek.anl.az/), elektron kitabxanası (www.anl.

az/el.php) yaradılmış  və oxucuların istifadəsinə 

verilmişdir.

Milli Kitabxanada dünyanın ən böyük və zəngin 

kitabxanalarında tətbiq olunan VTLS-VİRTUA sis-

temi üzrə həyata keçirilən kitabxana proseslərinin 

avtomatlaşdırılması oxucu sorğularının virtual 

rejimdə ödənilməsinə və ödənilən arayışların tam 

şəkildə məlumat bazasında saxlanmasına şərait ya-

radır və onların təkrar istifadəsinə imkan verir. 

2008-ci ilin mart ayından Milli Kitabxanada 

oxuculara virtual kitab sifarişi imkanı da yaradıl-

mışdır. 2011-ci ilin məlumatına görə virtual sifari-

şin xidmətlərindən 1687 nəfər oxucu yüzlərlə kitab 

sifariş etmişdir.

Müəllif hüquqlarının qorunması qanunlarını 

rəhbər tutaraq kitabların mühafizəsini təmin etmək, 

informasiya qıtlığını aradan qaldırmaq məqsədi ilə 

Milli Kitabxananın fondunda olan nəşrlərin qədim 

və nadir ədəbiyyat nümunələrinin, müasir ədəbiyyat 

nümunələrinin və klassiklərimizin ölkəmizdə  və 

ya xaricdə nəşr olunmuş əsərlərinin rus və ingilis 

dilində  nəşrlərinin, kitabxanamızın nəşrlərinin və 

müəlliflərin öz ərizələri ilə birgə elektron daşıyıcı-

larda təqdim etdikləri kitabların əsasında işlənilib 

hazırlanan elektron resursları saytımızın (anl.az) 

Elektron Kitabxanasında yerləşdirilmişdir. 2006-

2012-ci illərdə Elektron Kitabxanada cəmi 35 552 

resurs olmuşdur. 

Saytımızda yerləşən “Heydər  Əliyev irsi”, 

“Zərifə xanım Əliyeva”, “Mir Cəlal Paşayev irsi”, 

“Mehriban xanım  Əliyeva”, “Fikrət  Əmirov”, 

“Bunları unutmaq olmaz”, “Qan yaddaşımız”, 

“Dağlıq Qarabağ müharibəsi”, “Xocalı”, “31 Mart”, 

“Abuzər Xələfov”, “Nəsir  İmanquliyev”, “Niza-

mi Gəncəvi”, “M.Ə.Sabir”, “M.F.Axundzadə”, 

“Nəriman Həsənzadə”, “Qara Qarayev”, “Üzeyir 

Hacıbəyli” və başqa elektron məlumat bazaları bu 

gün oxucularımız üçün dəyərli mənbələrdir.

Elektron resursların yaradılması istiqamətində 

atılan daha bir addım dövri mətbuat nümunələrinin 

tam komplektlərinin elektron versiyasını yaratmaq-

dan ibarətdir. Artıq bu istiqamətdə xeyli işlər görül-

müş “Azərbaycan”, “Ədəbiyyat”, “Kaspi”, “İrşad”, 

“Açıq söz”, “Həqiqət”, “Sədayi həqq”, “Doğru 

söz”, “Bəsirət”, “Ziyayi Qafqaziyə”, “Əkinçi” 

qəzetlərinin, “Dəbistan”, “İnqilab və mədəniyyət”, 

“Məzəli”, “Şəlalə” jurnallarının, “Zaqafqaziya Ko-

missiyasının Aktları” və “Kavkazskiy kalendar” 

məcmuələrinin tam komplektlərinin elektron ver-

siyası yaradılmış və kitabxananın lokal şəbəkəsinə 

yerləşdirilərək oxucuların istifadəsinə təqdim edil-

mişdir.

2008-ci ilin sentyabr ayından etibarən Milli 

Kitabxananın “Elektron Dissertasiya Fondunun 

təşkili və Ondan İstifadə Şöbəsi”ndə  Rusiya Dövlət 

Kitabxanasının Elektron Dissertasiya fondunun 

virtual oxu zalı açılmışdır. Artıq bu gün kitabxa-

namızın oxucuları  və eləcə  də dünya miqyasında 

Azərbaycanla maraqlanan bütün insanlar Milli Ki-

tabxananın saytı və elektron kataloqu vasitəsilə za-

man və məkan problemi olmadan kitabxanamızın 

kataloq və fondlarına daxil olaraq ondan sərbəst 

bəhrələnə bilirlər. Elektron dissertasiya fondunun 

təşkili və ondan istifadə  şöbəsində  də  əsaslı  işlər 

görülmüş, 2011-ci ilin məlumatına görə fondun-

da olan 3610 tammətnli elektron resursdan 1048 

nüsxəsi avtoreferat, 2562 nüsxəsi isə dissertasiya-

dır.

Milli Kitabxanada 2009-cu ildən fonoteka fon-



dunun qrammafon vallarının CD-yə köçürülməsi 

işinə başlanmışdır. Hazırda 3000-dən çox qram-

mafon valı CD-yə köçürülmüşdür ki, bu işdə 

milli musiqimizə xüsusi yer verilmişdir. Artıq 

“Azərbaycanın səs xəzinəsi” seriyasından bu mate-

rialların kataloqunun birinci buraxılışı çap olunaraq 

kitabxanalara, musiqi və incəsənət məktəblərinə 

göndərilmişdir.

Milli Kitabxana hər il kitabxana işinin bu və 



169

ya başqa məsələlərinə dair xeyli miqdarda meto-

dik vəsaitlər nəşr edir və region kitabxanalarına 

göndərir. “Kitabxana işinə dair normativ aktlar”, 

“İkirəqəmli müəllif işarəsi cədvəlləri”ni, “Milli-

mənəvi dəyərlərin təbliğində kitabxanaların rolu”, 

“Sənədlərin biblioqrafik təsvir qaydaları haqqında 

(7.1-2003 Dövlət standartı  əsasında)”, “Elektron 

məlumat bazalarının yaradılması və virtual xidmət”, 

“Kitabxanalarda kütləvi tədbirlərin  ənənəvi və 

yeni formaları”, “M.F.Axundzadə irsinin kitabxa-

nalarda təbliği”, “Azərbaycan maarifinin yorulmaz 

çarçısı: Həsən bəy Zərdabi - 170” adlı metodik 

vəsaitləri xüsusilə qeyd etmək lazımdır. Milli Ki-

tabxana tərəfindən nəşr edilən bütün vəsaitlərin 

tam mətnləri kitabxananın saytında “Kitabxanamı-

zın nəşrləri” düyməsində yerləşdirilir.

Milli Kitabxana bütün idarə və sistemlərin ki-

tabxanalarına, eləcə  də bütün oxuculara və inter-

net istifadəçilərinə virtual rejimdə metodik xidmət 

göstərir. Belə ki, kitabxananın saytında “Metodik 

xidmət” (metodik@anl.az) və “Bizdən soruşun” 

(ask-me@anl.az) bölməsi yaradılmış  və ölkənin 

istənilən nöqtəsindən hər bir kitabxana işçisi, 

müxtəlif oxucular, istifadəçilər müxtəlif sorğularını 

Milli Kitabxanaya ünvanlayır və ən qısa müddətdə 

öz sorğularına cavab ala bilirlər. 

Son dövrdə Milli Kitabxana tərəfindən bir 

sıra biblioqrafik vəsaitlər çap olunaraq ölkə ki-

tabxanalarına və oxuculara təqdim olunmuşdur. 

Bunların içərisində Azərbaycan xalqının ümum-

milli lideri Heydər  Əliyevin “Müstəqilliyimiz 

əbədidir” çoxcildliyinin I-X cildlərinin köməkçi 

göstəricisi”, “Heydər  Əliyev. Müstəqilliyimiz 

əbədidir [Mətn]: çoxcildliyin X-XXVIII cildlərinin 

köməkçi göstəricisi: (qeydlər, şəxsi və coğrafi ad-

lar göstəriciləri)”, “Azərbaycan Respublikası regi-

onlarının sosial-iqtisadi inkişafı” adlı biblioqrafik 

göstəricini, “Azərbaycanın görkəmli şəxsiyyətləri” 

seriyası ilə çap olunan “Mir Cəlal”, “Qara Qa-

rayev”, “Fikrət  Əmirov”, “Üzeyir Hacıbəyli”, 

“Müslüm Maqomayev”, “Nizami Gəncəvi”, 

“M.F.Axundov”, “M.Ə.Sabir”, “Aşıq  Ələsgər-

190”, “Azərbaycan Xalq Cümhuriyyəti-90” və b. 

fundamental biblioqrafik vəsaitlərini, “Azərbaycan 

kitabxanaları XXI əsrin informasiya məkanında” 

göstəricisini və s. qeyd etmək olar. Milli Kitab-

xananın beynəlxalq  əlaqələr və beynəlxalq kitab 

mübadiləsi sahəsində  fəaliyyəti də gündən-günə 

genişlənir. Bu gün kitabxanamız Avropa Milli Ki-

tabxanaları Konqresi (CENL), Avrasiya Kitabxana 

Assambleyası (BAE), Türkdilli Ölkələrin Milli Ki-

tabxana Direktorları  Şurası,  İqtisadi  Əməkdaşlıq 

Təşkilatına Üzv Ölkələrin Milli Kitabxanaları Şu-

rası, Avrasiya Kitabxanaçılar Birliyinin və s. üzvü-

dür. Mədəniyyət və Turizm naziri cənab  Əbülfəs 

Qarayevin qayğısı və yaxından köməyi sayəsində 

Milli Kitabxana dünyanın 30-a yaxın Milli kitab-

xanası ilə müqavilə imzalamışdır.

Müstəqillik illərində Milli Kitabxananın 

beynəlxalq kitab mübadiləsi sahəsində  fəaliyyəti 

istiqamətində  də xeyli işlər görülmüşdür. Ar-

tıq 2012-ci ildə kitabxananın beynəlxalq kitab 

mübadiləsini həyata keçirdiyi xarici ölkə milli ki-

tabxanalarının sayı 70-dən çox olmuş və həmin ildə 

dünya kitabxanalarına 5000 nüsxədən artıq kitab 

göndərilmiş, beynəlxalq kitab mübadiləsi yolu ilə 

alınan kitabların sayı isə 2000 nüsxəni keçmişdir. 

Milli Kitabxananın fəaliyyəti daima Mədəniyyət 

və Turizm Nazirliyinin və dövlətin diqqət 

mərkəzindədir. Azərbaycan Respublikasının Pre-

zidenti cənab  İlham  Əliyevin imzası ilə  təsdiq 

olunmuş “Azərbaycan Respublikasında kitabxana-

informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı 

üzrə Dövlət Proqramı”nda Azərbaycan Milli Kitab-

xanasına ayrıca bölmə ayrılmışdır. Dövlət proqra-

mına uyğun olaraq M.F.Axundov adına Azərbaycan 

Milli Kitabxanasının modernləşməsi, müasir in-

formasiya texnologiyaları ilə  təmin edilməsi və 

maddi-texniki bazasının möhkəmləndirilməsi 

istiqamətində intensiv iş aparılır.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin