Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə208/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   204   205   206   207   208   209   210   211   ...   538
Ə d ə b i y y a t

Elektrik enerjisi necə hasil 

edilir və ötürülür [Mətn] 

/Ç.Cuvarlı; red. Y.Qədimov; 

Azərbaycan SSR Elmlər 

Akademiyası, Fizika İnstitu-

tu.- Bakı: Elm, 1974.- 6 s. 

Elektrik sahələri və bo-

şalmalarından texnoloji 

proseslərdə istifadə edilməsi 

[Mətn] /Ç.Cuvarlı; red. 

H.Abdullayev; Azərbaycan 

SSR EA, Fizika İnstitu.- 

Bakı: Elm, 1976.- 67 s.

Günəş və külək enerji-

si, onun çevrilməsi və 

istifadəsi [Mətn] /Ç.Cuvarlı, 

V.Yesman; Azərb. SSR 

“Bilik” Cəmiyyəti.- Bakı: 

Gənclik, 1974.- 45 s. 

Təbabətin elektron qurğu-

ları və cihazları [Mətn] 

/Ç.Cuvarlı; ön söz müəl. və 

red. M.Topçubaşov; Azərb. 

SSR Səhiyyə Nazirliyi, Res-

publika Sanitariya Maarifi 

Evi.- Bakı, 1973.- 64 s. 

Çingizoğlu, Ə. Cu-

varlı və cuvarlılar 

[Mətn] /Ə.Çingizoğlu, 

R.Mahmudov; elmi red. 

Ə.Məmmədov.- Bakı: Adi-

loğlu, 2012.- 264 s.

www.adam.az

1

Akademik


166

MA

Y

2

Kitabxanaşünaslıq.Biblioqrafiya

80 

illiyi

Əmin Əfəndiyev

1933

MA

Y

Əmin Tahir oğlu  Əfəndiyev 1933- 

cü il may ayının 18-də Qax rayonunun 

İlisu kəndində müəllim ailəsində ana-

dan olmuşdur. 

1941-1951-ci illərdə Qax rayon orta 

məktəbində təhsil almışdır. 

1957-ci ildə ADU-nun (indiki 

BDU)  filologiya fakültəsinin kitab-

xanaçılıq bölməsini bitirdikdən sonra 

universitetin kitabxanasında çalışmış, 

1958-1976-cı illərdə  M.F.Axundov 

adına Azərbaycan Dövlət Kitabxa-

nasında baş biblioqraf, şöbə müdiri, 

elmi işlər üzrə direktor müavini kimi 

fəaliyyət göstərmişdir. 

1976-1978-ci illərdə Azərbaycan 

Sovet Ensiklopediyasında Mətbuat, 

xalq maarifi  və pedaqogika elmi 

şöbəsində müdir, 1973-1984-cü 

illərdə Azərbaycan Dövlət  İncəsənət 

Universitetində (keçmiş Mədəniyyət  və 

İncəsənət İnstitutunda) dekan müavini 

və kafedra müdiri, Milli Münasibətlər 

İnstitutunda baş elmi işçi, 1997-ci ildə 

isə AMEA-nın Mərkəzi Elmi Kitabxa-

nasının direktoru vəzifəsində çalışmış-

dır. 


1972-ci ildən  filologiya elmləri 

namizədi, Jurnalistlər Birliyinin üzvü-

dür. 

Əmin 


Əfəndiyevin “Amerika 

ədəbiyyatı Azərbaycan dilində” adlı 

ilk biblioqrafik oçerki 1959-cu ildə 

dövri mətbuatda çap olunmuşdur.  

10-dan çox kitabın, 150-dən artıq 

məqalənin müəllifi, bir sıra biblioqra-

fik vəsaitlərin, kitabların tərtibçisi və 

redaktorudur. “Azərbaycan” - 80: 1923 

- 2003” (2004), “Kamal Talıbzadə” 

(2000), “Orucov qardaşlarının 

mətbəəsi” (1999), “Qafqaz əraziləri 

və xalqlarının təsvirinə dair material-

lar toplusu. QƏXTMT (SMOMPK)” 

(1998), “İlyas  Əfəndiyev” (2002), 

 

“Həmid Məmmədtağı  oğlu Araslı” 



(2009), “Əsrin  əsiri Anar” (2010), 

“Anar - ömür yolu, yaradıcılığı” bibli-

oqrafik soraq kitabı (2011), “Qardaşla-

rı Anar haqqında” (2011) adlı biblioq-

rafik göstəricilər tərtib etmişdir.

Əmin Əfəndiyev Beynəlxalq Elmlər 

Akademiyaları Assosiasiyasının, Ki-

tabxana Direktorları  Şurasının, Avro-

asiya Kitabxanalar Assambleyasının, 

Türkdilli Dövlətlərin Kitabxanaları 

Assosiasiyasının, Azərbaycan Kitab-

xana  İşinin  İnkişafı Assosiasiyasının 

və s. təşkilatların həm üzvü, həm də 

fəal iştirakçısıdır.

Onun həm biblioqraf, həm 

ədəbiyyatşünas, həm jurnalist, həm də 

gözəl nitq mədəniyyəti olan intellektu-

al səviyyəli bir pedaqoq kimi fəaliyyəti 

təqdirəlayiqdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin