164
MA
Y
1
Kimya.Biologiya.Tibb
105
illiyi
Murtuza Nağıyev
1908-1975
MA
Y
Murtuza Fətulla oğlu Nağıyev
1908-ci il may ayının 5-də Aşqabad-
da doğulmuşdur. 1926-1929-cu illərdə
Bakı Dövlət Universitetinin nəzdindəki
fəhlə fakültəsinin tələbəsi olmuş, 1932-
1935-ci illərdə isə Azərbaycan Sənaye
İnstitutunda (indiki Azərbaycan Dövlət
Neft Akademiyası) təhsilini davam
etdirərək kimyaçı-texnoloq ixtisasına
yiyələnmişdir.
1938-1942-ci illərdə Azərbaycan
Sənaye İnstitutunun Neftzavod mexa-
nikası kafedrasının dosenti olmuşdur.
1940-cı ildə namizədlik, 1944-cü ildə
doktorluq dissertasiyasını müdafiə et-
mişdir. 1945-ci ildə “Kimya texnologi-
yası” ixtisası üzrə professor adına layiq
gorülmüşdür.
1952-ci ildə AMEA-nın həqiqi üzvü
seçilmişdir. Professor M.F.Nağıyev
1942-ci ildən ömrünün sonuna kimi
akademiya sistemində
işləmişdir.
1945-1946-cı illərdə AMEA-nın Neft
İnstitutunda Neft emalı şöbəsinin mü-
diri, 1946-1956-cı illərdə isə həmin
institutun direktoru və şöbə müdiri
vəzifələrində işləmişdir.
1952-1957-ci illərdə AMEA-nın
Fizika-Texnika bölməsinin akademik-
katibi, 1957-1959-cu illərdə AMEA-
nın vitse-prezidenti, 1961-1966-cı
illərdə isə AMEA-nın baş elmi katibi
olmuşdur. 1958-ci ildən ömrünün sonu-
na kimi keçmiş SSRİ Ali Təhsil Nazir-
liyi nəzdindəki Ali Attestasiya Komis-
siyasının üzvü olmuşdur. O, həmçinin
keçmiş SSRİ-dəki Neft konqresinə
dair Beynəlxalq komitənin (1962),
Qarşılıqlı İqtisadi Yardım Şurası Kim-
ya Komissiyasının (1960-1975) üzvü
olmuşdur. Akademik M.F.Nağıyev
elmi fəaliyyəti ilə yanaşı, pedaqoji işlə
də daim məşğul olmuşdur. O, uzun
müddət ASİ-nin Kimya texnologiyası
fakültəsində krekinq proseslərinin tex-
nologiyası fənnindən dərs demiş, 1959-
1960-cı illərdə BDU-nun Fiziki-kimya
kafedrasına rəhbərlik etmişdir.
Akademik M.F.Nağıyevin çoxşaxəli
elmi-tədqiqat işlərinin nəticələri 30
fundamental monoqrafiyada, 300 elmi
əsərdə və müəlliflik şəhadətnaməsində
öz əksini tapmışdır. Onun rəhbərliyi ilə
3 elmlər doktoru, 30 elmlər namizədi
hazırlanmışdır. Respublikada elmin in-
kişafına və elmi kadrların hazırlanma-
sındakı xidmətlərinə görə 1956-cı ildə
“Azərbaycanın Əməkdar elm xadimi”
adına layiq görülmüşdür.
Onun elm qarşısındakı əməyi dövlət
tərəfindən qiymətləndirilərək, 1969-
cu ildə ən yüksək mükafata - Sosialist
Əməyi Qəhrəmanı adına layiq görül-
müşdür. O, həmçinin Lenin, Qırmızı
Əmək Bayrağı ordenləri ilə və bir sıra
medallarla, Azərbaycan SSR Ali Sove-
tinin Fəxri Fərmanı ilə təltif olunmuş-
dur.
M.F.Nağıyev 1975-ci il yanvar
ayının 28-də uzun sürən xəstəlikdən
sonra vəfat etmişdir. Akademik
M.F.Nağıyevin adını əbədiləşdirmək
məqsədilə yaratdığı və rəhbərlik etdiyi
AMEA-nın Kimya Texnologiyasının
Nəzəri Problemləri İnstitutuna 1991-ci
ildə onun adı verilmişdir.
Dostları ilə paylaş: