163
Mədəniyyət.Elm.Maarif
150
illiyi
Rəşidbəy Əfəndiyev
1863-1942
MA
Y
Rəşidbəy İsmayıl oğlu Əfəndiyev
1863-cü il may ayının 24-də anadan ol-
muşdur. Hələ XIX əsrin 80-ci illərində
Qori müəllimlər seminariyasında
oxuyarkən dram ilə maraqlanmış, ilk
“Qan ocağı” pyesini yazıb məktəb
səhnəsində tamaşaya qoymuşdur.
O, M.F.Axundzadədən sonra ilk
dram yazanlardan sayılır. İlk əsərinin
müvəffəqiyyətindən ruhlanan müəllif
sonralar da ardıcıl olaraq bədii ya-
radıcılıqla məşğul olmuşdur. On il
Qutqaşendə müəllimlik etdiyi, 8 il Tif-
lis idareyi-ruhaniyyəsində katib müa-
vini vəzifəsində çalışdığı və nəhayət,
16 il Qori seminariyasında müəllim
olduğu zamanlarda, heç vaxt yazıçı-
lıqdan uzaqlaşmamış, xüsusilə təlim-
tərbiyəyə aid səhnə əsərləri yazmağa
səy etmişdir. Rəşid bəy Azərbaycanın
məşhur və çalışqan müəllimlərindən
olmuş, ömrünü məktəb, tərbiyə işinə,
dərs kitablarının, uşaqların marağını
oxşayan pyeslərin yaranmasına sərf
etmişdir. Onun “Uşaq bağçası” adlı
əlifba kitabı və “Bəsirətül-ətfal” adlı
qiraət kitabı Azərbaycanda şöhrət
qazanmış ilk dərs kitablarındandır.
O, varlı ailədən olan qadının maddi
köməyindən istifadə etməklə dəfələrlə
İstanbula getmiş, dərs kitablarını min
zəhmət ilə çap etdirmişdir.
Bununla yanaşı səhnə əsərləri
yazmış, birinci növbədə məktəb
səhnələrində qoyulmasını təşkil et-
miş, hətta şəxsən artist kimi iştirak et-
mişdir. Rəşid bəyin “Qan ocağı”ndan
başqa, “Saqqalın kəraməti”, “Qonşu-
qonşu olsa, kor qız ərə gedər”, “Pul
dəlisi”, “Bir saç telin qiyməti”, “Tif-
lis səfirləri”, “Diş ağrısı”, “Təbiətdə
əhvaliməişət” adlı dramları vardır.
Rəşid bəy elmi, maarifi, məktəbi
təbliğ edən bir sıra mənzumələr yazmış,
rus klassiklərindən (Puşkin, Lermon-
tov, Krılov) dərs kitablarına münasib
parçalar seçib tərcümə etmişdir. Eləcə
də farscadan Firdovsidən “Rüstəm və
Söhrab” əhvalatını, Şillerdən “Cam”
adlı mənzuməni tərcümə etmişdir.
Rəşid bəy istər şeir tərcümələrində
və istərsə müasir mövzularda yazdığı
şeirlərində klassik şeir üslubu və yolu
ilə getmişdir.
Görkəmli maarif xadimi, nasir
Rəşidbəy Əfəndiyev 1942-ci il avqust
ayının 31-də vəfat etmişdir.
Dostları ilə paylaş: |