171
Tarixdə bu gün
Faşizm üzərində Qələbə Günü
1945
MA
Y
XX əsrdə İkinci Dünya müharibəsi
illəri bəşəriyyət üçün ən ağır və
dəhşətli dövr olmuşdur. Almani-
yada və İtaliyada yaranmış faşizm
nəinki bu ölkələrin özünü və hətta
bütün bəşəriyyəti təhlükə altına al-
mışdı. İkinci Vətən müharibəsi
illərində Azərbaycan xalqı həm
cəbhə bölgələrində, həm də arxa
cəbhədə böyük qəhrəmanlıq və
igidlik nümunələri göstərmişlər.
Qısa bir müddətdə respublika-
da 87 qırıcı təyyarə batalyonu və
1124 özünümüdafiə dəstələri təşkil
olunmuşdu. 1941-1945-ci illərdə
600 mindən çox Azərbaycan oğul
və qızları cəbhəyə yollanmışdılar.
Azərbaycan diviziyaları Qafqazdan
Berlinədək mübariz yol keçmiş, 130-a
yaxın həmyerlimiz Sovet İttifaqı
Qəhrəmanı adına layiq görülmüş, 30
nəfəri “Şərəf ordeni” ilə təltif olun-
muşdur. 170 min Azərbaycan əsgər
və zabitlər SSRİ-nin müxtəlif orden
və medalları ilə təltif edilmişdir. İki
dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi
Aslanov, Sovet İttifaqı qəhrəmanları
İsrafil Məmmədov, Ruslan Vəzirov,
Adil Quliyev, Gəray Əsədov, Məlik
Məhərrəmov, Mehdi Hüseynzadə;
generallar Mahmud Əbilov, Akim
Abbasov, Tərlan Əliyarbəyov, Hacı-
baba Zeynalov və bir çox başqaları öz
qəhrəmanlığı ilə bizim xalqın şərəfli
tarixinə yeni sətirlər yazmışlar.
Az bir zamanda Bakı dö-
yüşən ordunun ən mühüm cəb-
bəxanasına (arsenal) çevrilmişdi.
Böyük çətinliklərə baxmayaraq,
neftçilərimiz fədakarlıqla çalışaraq
cəbhəni və sənəyemizi yanacaq-
la təmin etmişlər. Akademik Yusif
Məmmədəliyevin rəhbərliyi ilə hava
flotu (aviasiya) benzini almaq üçün
yeni texnologiya yaradılmışdır. 1941-
ci ildə neftçilərimizin fədakar əməyi
nəticəsində Azərbaycanın tarixində
ən çox neft (23,5 milyon ton) istehsal
olunmuşdu ki, bu da SSRİ-də istehsal
olunan neftin 71.4%-ni təşkil etmiş-
dir. Ümumiyyətlə, müharibə illərində
Azərbaycan neftçiləri ölkəni 75 mil-
yon ton neft, 22 milyon ton benzin
və başqa neft məhsulları ilə təmin
etmişlər. Qətiyyətlə demək olar ki,
faşizm üzərində qələbənin qazanıl-
masında Bakı nefti əsas amillərdən
biri olmuşdur.
İkinci Dünya müharibəsində əldə
edilən qələbə Azərbaycan xalqının
fədakar, qəhrəman, cəsərətli olmasını
bir daha bütün dünyaya sübut etmiş-
dir.
Dostları ilə paylaş: