Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə214/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   210   211   212   213   214   215   216   217   ...   538
9

Ə d ə b i y y a t

Azərbaycan aviatorları 

Böyük Vətən müharibəsində 

[Mətn]: biblioqrafiya            

/Azərb. Resp. Mədəniyyət 

və Turizm Nazirliyi, 

M.F.Axundov ad. Azərb. 

Milli Kitabxanası; tərt. ed. 

N.Nağıyeva; burax. məs. və 

ixtisas red. K.Tahırov; red. 

M.Vəliyeva.- Bakı, 2010.- 

81 s.

Jelev, J. Faşizm 

[Mətn] /J.Jelev; tərc. 

ed. R.Ramizoğlu; red. 

T.Barxudayev; rəyçi 

İ.Pçelintseva; Bakı Slavyan 

Un-ti.- Bakı: BSU “Kitab 

aləmi”, 2005.- 280 s. 

Şahmirov, Ə. Faşizm 

üzərindəki qələbədə 

Azərbaycan nefti və kimya 

sənayesinin həlledici rolu 

[Mətn] /Ə.Şahmirov; elmi 

red.: S.Aslanov; rəyçi: 

F.Məmmədov, M.Salahov.-

Bakı: Maarif, 1996.- 120 s. 

İ n t e r n e t d ə

www.anl.az 

www.az.wikipedia.org


172

Tarixdə bu gün

Laçın rayonunun işğalı günü

1992

MA

Y

Ərazisi:  1835 

km² 

Əhalisi: 72 228 

İşğal tarixi: 17.05.1992 

Bu gün  Azərbaycanın strateji cəhət-

dən mühüm əhəmiyyət kəsb edən La-

çın rayonunun işğalından 21 il keçir. 

1992-ci il may ayının 17-18-də 

erməni işğalçıları rayonun yüzlərlə 

mədəni-məişət obyektini, onlarla 

qəsəbə, kənd və tarixi abidələrini dağı-

daraq talan etmişdir. İşğal nəticəsində 

63 min 341 Azərbaycan vətəndaşı öz 

yurdundan didərgin düşmüş, 300-dən 

artıq hərbi və mülki şəxs həlak olmuş 

və itkin düşmüşdür. Rayonda 8950 

bina, o cümlədən 7 sənaye və tikinti 

müəssisəsi, 471 xidmət idarəsi, 154 

məktəb, yüzlərlə tarix-mədəniyyət 

abidəsi işğal altında qalmışdır.

Şuşa  şəhərinin Turşsu deyilən 

ərazisindən və Ermənistan istiqamə-

tindən hücuma keçən düşmən ma-

yın 18-də Laçını  işğal etmişdir. 

Əhəmiyyətli geostrateji mövqeyə ma-

lik olan Laçının işğalı Azərbaycan iq-

tisadiyyatına ciddi ziyan vurmuşdur. 

Təbii sərvətlərlə  zəngin olan La-

çın rayonunda Turşsu, Qaladərəsi, 

Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, 

Nurəddin, Nağdalı, Hacıxanlı kimi 

müalicəvi  əhəmiyyətli bulaqlar möv-

cud olmuşdur.

Ekologiya və  Təbii Sərvətlər Na-

zirliyinin rayonun işğalı ilə bağlı 

yaydığı  məlumatda bildirilmişdir ki, 

Laçın rayonu ərazisində ümumi ehti-

yatları 1124 ton olan 3 civə (Narzanlı, 

Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 

min ton olan və əhəng istehsalına ya-

rarlı Laçın əhəngdaşı, ehtiyatları 2533 

min kubmetr olan və istismara cəlb 

edilən üzlük daşı istehsalına yararlı 

Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar 

daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, 

Əhmədli), 2 əlvan bəzək daşı, vulkan 

külü və digər təbii sərvətləri var.

Laçın rayonundakı Qaragöl Dövlət 

Təbiət Qoruğu və Dövlət Təbiət Ya-

saqlığı da hal-hazırda işğal altındadır. 

Ümumi sahəsi 240 hektar olan qoruq-

da 68 növdən və 27 ailədən ibarət bitki 

örtüyü var. 1961-ci ilin noyabr ayın-

da heyvan və quşları qoruyub saxla-

maq və artırmaq məqsədilə yaradılan 

Dövlət Təbiət Yasaqlığının ərazisində 

cüyür, qaya keçisi, çöl donuzu, ayı, tu-

rac, kəklik, qaratoyuq kimi nadir fauna 

növləri məskunlaşmışdır. 1989-cu ildə 

yasaqlıqda aparılan yoxlama zamanı 

dağ-keçisi (bezoar keçisi) 96, qaban 

360, cüyür 320, ayı 110 baş, eləcə də 

çoxlu sayda canavar, porsuq, dələ, qır-

qovul, kəklik qeydə alınmışdır.

  İşğalçı dövlət beynəlxalq hüquq 

normalarına, zəbt olunan Azərbaycan 

torpaqlarından Ermənistan qoşunla-

rının qeyd-şərtsiz çıxarılmasına dair 

BMT-nin qətnamələrinə  məhəl qoy-

mayaraq hazırda Laçında qanunsuz 

məskunlaşma aparır. 

Bu gün hər bir azərbaycanlı Qara-

bağın işğal altından qurtulacağı günü 

gözləyir.

Qarabağa böyük qayıdışın olacağı-

na hamımız inanırıq.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin