Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə222/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   218   219   220   221   222   223   224   225   ...   538
180

İYUN

3

Milli ədəbiyyat

105 

illiyi

Mikayıl Müşfiq 

1908-1938

İYUN

Mikayıl Əbdülqadir oğlu İsmayılza-

də (Mikayıl Müşfiq) 1908-ci il iyun 

ayının 5-də Bakı  şəhərində, ziyalı 

ailəsində anadan olmuşdur. Əslən Xızı 

rayonundandır. 

İbtidai təhsilini inqilabdan əvvəl 

rus-tatar məktəbində almışdır. Azər-

baycanda Sovet hakimiyyəti   qurulduq-

dan sonra Bakı Darülmüəllimində  və 

12 saylı  II dərəcəli  məktəbdə oxu-

muşdur. 


1927-1931-ci illərdə Azərbaycan 

Dövlət Darülfünunun (indiki Bakı 

Dövlət Universiteti) dil və  ədəbiyyat 

fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə pedaqoq kimi 

başlamışdır. Bakı orta məktəblərində 

yeddi il müəllimlik etmiş, son iş yeri 

indi onun adını daşıyan 18 saylı Bakı 

şəhər orta məktəbi olmuşdur. 

Poetik yaradıcılığa 1926-cı ildə 

“Gənc işçi” qəzetində çap etdirdiyi 

“Bir gün” şeirilə başlamışdır. Bundan 

sonra dövri mətbuatda müntəzəm çıxış 

etmişdir. “Küləklər” (1930), “Günün 

səsləri” (1930), “Buruqlar arasında” 

(1932), “Vuruşmalar” (1932), “Pam-

bıq” (1932), “Qaya” (1935), “Şəngül, 

Şüngül, Məngül” (1934), “Kəndli və 

ilan” ( 1935) adlı kitabları şairin sağlı-

ğında çap olunmuşdur. 

O, bədii tərcümə ilə də ciddi məşğul 

olmuş, Yeqişe Çarensin “Şeirlər” 

(1934), Taras Şevçenkonun “Kob-

zar” (1934), A.S.Puşkinin “Qaraçılar” 

(1930), S.Marşakın “Huşsuza bax, 

huşsuza” (1935) əsərlərini tərcümə et-

mişdir.

1931-1937-ci illərdə Dilbər Axund-

zadə ilə ailə həyatı sürmüşdür. 

1938-ci il yanvar ayının 6-da 

cəza tədbirləri dövründə M.Müşfiq 

də repressiya qurbanı olmuş  və 

güllələnmişdir.  Şairin xatirəsini 

əbədiləşdirmək üçün Bakıda Süley-

man Rəhimov küçəsində, yaşadığı 

binanın qarşısına xatirə lövhəsi vu-

rulmuş, büstü qoyulmuş, məktəbə, 

küçəyə və meydana adı verilmiş, Xızı-

da ev-muzeyi yaradılmışdır. 

Müşfiqin “Yenə o bağ olaydı”, 

“Oxu, tar”, “Küləklər”, “Duyğu yar-

paqları”, “Həyat sevgisi” və bir sıra 

başqa  şeirləri Azərbaycan poeziya 

xəzinəsinin inciləri sırasındadır.

1968-ci ildə Bakıda Dilbər Axund-

zadənin “Müşfiqli günlərim” adlı 

xatirələr kitabı  nəşr olunmuş, kitabın 

son genişləndirilmiş nəşri 2005-ci ildə 

“Gənclik” nəşriyyatında işıq üzü gör-

müşdür.



Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin