Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə223/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   219   220   221   222   223   224   225   226   ...   538
Ə d ə b i y y a t

Əsərləri [Mətn]: 3 cilddə 

/M.Müşfiq.- Bakı: Səda, 

2004. 

Seçilmiş əsərləri [Mətn] 

/M.Müşfiq; tərt. ed. və red. 

G.Hüseynoğlu.- Bakı: Şərq-

Qərb, 2004.- 352 s. 

Seçilmiş əsərləri [Mətn]: 

3 cilddə /M.Müşfiq; tərt. 

ed., red. və ön sözün müəl. 

G.Hüseynoğlu.- Bakı: Avra-

siya press, 2008.

Könlümü al, oxu! 

[Mətn]: şeirlər, poemalar 

/M.Müşfiq; tərtib ed və red. 

G.Hüseynoğlu.- Bakı: Maa-

rif, 2002.- 96 s. 

Axundzadə, D. Müş-

fiqli günlərim [Mətn] 

/D.Axundzadə; məsl. 

X.Bağırov; red. M.Çəmənli; 

nəşriyyat direktoru Ə.Əliyev; 

son söz Ə.Məhsəti.- Bakı: 

Gənclik, 2005.- 274 s. 

Nəcəfzadə, A. Müşfi-

qin duyğu yarpaqları 

[Mətn] /A.Nəcəfzadə; 

red. V.Qaradağlı; məsl. 

G.Hüseynoğlu; [tərc. S. 

Məmmədzadə, Y. Filler, 

V. Qafarov]; Azərb. Resp. 

Mədəniyyət və Turizm Na-

zirliyi.- Bakı: Təhsil, 2009.- 

127 s. 

5

Şair


181

Milli ədəbiyyat

85 

illiyi

İsa Muğanna

1928

İYUN

İsa Mustafa oğlu Hüseynov (Mu-

ğanna) 1928-ci il iyun ayının 12-də 

Ağstafa rayonunun Muğanlı  kəndində, 

ziyalı ailəsində düny

aya gəlmişdir. 

Orta məktəbi bitirdikdən sonra 1945-

ci ildə N.Nərimanov adına  Tibb 

Universitetinə daxil olsa da, 4 ay 

sonra kəndə qayıtmışdır. Sonradan 

Azərbaycan Dövlət Universitetinin 

filologiya fakültəsinə daxil olmuş, bu-

rada 4 illik təhsilini başa vurmuş  və 

Moskvadakı Qorki adına  Ədəbiyyat 

İnstitutunda oxumuşdur. 

1952-ci ildən Yazıçılar Birliyinin 

üzvüdür. 

1952-1954-cü illərdə “Azərnəşr”də 

Ədəbiyyat şöbəsinin redaktoru, 1960-

1964-cü illərdə “Literaturnıy Azerbayd-

jan” qəzetində Nəsr şöbəsinin müdiri, 

1964-1968-ci illərdə C.Cabbarlı adına 

“Azərbaycanfilm” kinostudiyasında 

baş redaktor, 1968-1974-cü ildə redak-

tor, 1974-1979-cu illərdə Ssenari şura-

sının üzvü, 1979-cu ildə Azərbaycan 

Kinematoqrafiya Komitəsində baş re-

daktor vəzifələrində çalışmışdır.

Ədəbi fəaliyyətə 1947-ci ildə, 19 

yaşında ikən “İnqilab və Mədəniyyət” 

qəzetində çap edilən “Anadil ötən 

yerdə” oçerki ilə başlamışdır. Yazı-

çının “Yanar ürək”, “Doğma və yad 

adamlar”, “Tütək səsi”, “Məhşər”, 

“İdeal” əsərləri nəsrimizə yeni təlatüm 

gətirmiş, Azərbaycan nəsri repressiya 

dövrünün vahimələrindən xilas olaraq 

cəsarətlə yeni mərhələyə qədəm qoy-

muşdu. 

1950-ci ildən etibarən kitabları 

nəşr olunmuşdur. Ssenariləri əsasında 

(“Nəsimi”, “Ulduzlar sönmür”, “Niza-

mi”, “Tütək səsi”, “Qərib cinlər diya-

rında” və s.) filmlər çəkilmiş, əsərləri 

xarici dillərə tərcümə olunmuşdur. İstər 

inqilabi-tarixi mövzuda və istərsə  də 

müasirlərimizin həyatından bəhs edən 

kino  əsərlərində  İ.Muğanna həmişə 

həyat həqiqətlərinə, tarixi faktorla-

ra, dəlillərə sadiq qalmağa çalışmış 

və bunun kino təcəssümünə nail ola 

bilmişdir. “26 Bakı Komissarı”  filmi 

1968-ci ildə Ümumittifaq Leninqrad 

Festivalının  ən yaxşı tarixi-inqilabi 

film mükafatını almışdır. 

Görkəmli yazıçı haqqında 

“Azərbaycanfilm” kinostudiyasında 

ssenari müəllifi  Əhməd Oğuz, rejis-

soru  Şahəddin Elxan Mayıloğlu olan 

“Muğanna” adlı sənədli televiziya fil-

mi çəkilmişdir. 

2007-ci ildə yazıçının həyat və 

fəaliyyətini əks etdirən sayt (www.isa-

huseynov.com) yaradılmışdır.

İsa Hüseynov (Muğanna) 1976-cı 

ildə “Əməkdar inc

əsənət xadimi”, 1988-

ci ildə “Azərbaycanın Xalq yazıçısı” fəxri 

adına layiq görülmüşdür.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin