Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə231/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   227   228   229   230   231   232   233   234   ...   538
İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

12

Rejissor


188

Teatr.Kino

125 

illiyi

Hacıağa Abbasov 

1888-1975

İYUN

 Hacıağa Mütəllib oğlu Abbasov 

1888-ci il iyun ayının 16-da Bakının 

Maştağa kəndində, müəllim ailəsində 

doğulmuşdur.  İbtidai təhsilini doğma 

kəndində rus-tatar (rus-türk) məktə-

bində almışdır. 

1906-1909-cu illərdə Petrovsk-

Portda (indiki Mahaçqala) pedaqoji 

təhsilə  yiyələnmişdir. Burada oxu-

yarkən azərbaycanlılardan ibarət teatr 

dəstəsi yaratmış  və  həmin truppa ilə 

Teymurxanşurada (sonra Bunyaksk 

adlandırıldı) teatr açmışdı.

Təhsilini başa vurduqdan son-

ra müəllim diplomu ilə Bakıya qa-

yıtmış, Balaxanı  kəndində Mirzə 

Ələkbər Sabirlə birlikdə  uşaqla-

ra dərs demişdir. Eyni zamanda 

“Müsəlman artistləri cəmiyyəti”nin, 

“Nicat”, “Həmiyyət” teatr truppaları-

nın fəal üzvü olmuş, sonralar “Səfa” 

cəmiyyətinin teatr truppasında, “Zül-

füqar bəy və Üzeyir bəy Hacıbəyov 

qardaşlarının müdiriyyəti”ndə aktyor-

luq etmişdir. Şeyx Nəsrulla (“Ölülər”, 

Cəlil Məmmədquluzadə), Mirzə Meh-

di xan, Şamdan bəy (“Nadir şah” və 

“Şamdan bəy”, Nəriman Nərimanov), 

Ağa Kərim xan, Hacı  Qəmbər (“Ağa 

Kərim xan Ərdəbili” və “Hacı 

Qəmbər”, Nəcəf bəy Vəzirov), Mol-

la  İbrahimxəlil (“Molla İbrahimxəlil 

kimyagər”, Mirzə  Fətəli Axundzadə), 

Qubad (“Dəmirçi Gavə”,  Şəmsəddin 

Sami), Osip (“Müfəttiş”, Nikolay Qo-

qol), Moisey (“Yəhudilər”, Yevgeni 

Çireov) rollarını müvəffəqiyyətlə ifa 

etmişdir.

1920-ci ildə bugünkü Akademik 

Milli Dram Teatrına üzv olan Hacıa-

ğa Abbasov bir müddət burada çalış-

mışdır. Həyat və sənət dostu Mirzağa 

Əliyevlə birgə 1921-ci il noyabr ayı-

nın 13-də Bakı Türk Azad Tənqid və 

Təbliğ Teatrını yaratmışdır. Həmin 

sənət ocağı bu iki aktyorun adı ilə bağ-

lı olduğuna görə tamaşaçılar arasında 

“Hacımirz” teatrı kimi tanınmışdır. 

1925-ci ildə Hacıağa Abbasov Aka-

demik Milli Dram Teatrına direktor 

təyin olunmuşdur. 

1929-1937-ci illərdə Bakı Teatr 

Məktəbində direktor işləmişdir. Rep-

ressiya illərində  təqib olunduğuna 

görə bir müddət Orta Asiya respubli-

kalarında yaşamışdır.

Hacıağa Abbasova həsr olun-

muş “Səhnə Veteranı” (1974) adlı 

qısametrajlı  sənədli televiziya filmi 

çəkilmişdir.

Sənətdə qazandığı nailiyyətlərə  və 

teatr sənətinin inkişafında göstərdiyi 

xidmətlərə görə 1932-ci ildə aktyora 

“Xalq artisti” fəxri adı verilmişdir.

Hacıağa Abbasov 7 may 1975-ci 

ildə Bakıda vəfat etmiş və doğulduğu 

Maştağa kəndində dəfn edilmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin