189
Teatr.Kino
115
illiyi
Əli Qurbanov
1898-1962
İYUN
Əli Mirzəli oğlu Qurbanov 1898-ci
il iyun ayının 20-də Tbilisi şəhərində
dünyaya gəlmişdir.
O, bir müddət məktəbdə oxuduqdan
sonra atası ailəni dolandırmaq üçün
oğlunu da özu ilə müxtəlif iş yerlərində
fəhləlik etməyə aparmış, lakin Əlinin
çalıb oxumağını, muğənnilik isteda-
dını və dərslərdə fərqlənməsini görən
məktəbin müdiriyyəti ona işləyə-
işləyə təhsilini davam etdirməyə icazə
vermişdir. Əlinin teatrla yaxınlığı da
elə bu illərdən başlanmışdır. Hətta
bir neçə dəfə yaxın qohumu və dostu
Möhsünlə (Möhsün Sənani) tamaşaya
da getmişdi.
Əli Qurbanov birinci dəfə Möh-
sün Sənaninin təkidi ilə 1915-ci ildə
həvəskarların “Gaveyi-Ahəngar” ta-
maşasında səhnəyə çıxmışdır. Bundan
sonra isə M.Sənaninin təşəbbüsü ilə
hazırlanmış “Məşədi İbad” tamaşa-
sında Əli Qurbanov Rüstəm bəy ro-
lunu kifayət qədər yaxşı oynamışdır.
Məlahətli səsi onun müvəffəqiyyətini
daha da artırmışdır.
1917-ci ildə Tbilisidə təşkil olun-
muş “İttihad” truppasına Əli Qur-
banov da dəvət edilmişdir. Bu trup-
paya İ.İsfahanlı, K.Səbri, M.Sənani,
Ə.Naxçıvanlı, Əhməd Salahlı və baş-
qaları daxil idi. Onlar N.Nərimanov
adına klubda xalq çalğı alətləri orkest-
ri təşkil edib yerlərdə konsertlər ver-
mişdir. 1922-ci ildə belə konsertlərdən
birində olmuş N.Nərimanov orkestrin
çıxışını bəyənmiş və onun üzvlərinə
şəxsən təşəkkür etmişdir.
Əli Qurbanov 1922-ci ildə Türkiyə,
1925-ci ildə İranda olmuş və bir
sıra maraqlı çıxışlar etmişdir. Onun
səhnə fəaliyyətinin daha məhsuldar
dövrü 1925-ci ildən sonraya təsadüf
etmişdir. 1925-ci ilin axırlarında
Azərbaycan Xalq Maarif Komissar-
lığının sərəncamı ilə Tbilisi teatrının
bir sıra tanınmış aktyorları ilə birlikdə
Əli Qurbanov da Azərbaycan Dövlət
Akademik Dram Teatrına dəvət olun-
muşdur.
50 ilə yaxın bir müddətdə
Ə.Qurbanov Niyaz rolunun yeganə
ifaçısı olduğu “Pəri Cadu”nun müxtəlif
quruluşlarında bu rolu dəfələrlə oyna-
mışdır.
Əli Qurbanov 50 ildən artıq bö-
yük səhnədə olmuşdur. Bu müddətdə
200-ə yaxın müxtəlif rollarda çıxış
etmiş, bəzi rolları bir neçə yüz dəfə
oynamışdır. Məsələn, Vidadi rolunu
700, Əzizbəyov və Hacı Əhməd rol-
larını 350 dəfədən artıq ifa etmişdir.
Aktyor 40 ildən artıq C.Cabbarlı adı-
na “Azərbaycanfilm” kinostudiyasının
filmlərində də çəkilmişdir. İlk dəfə
1928-ci ildə “Hacı Qara” filmində
Aşıq roluna çəkilmiş yaddaqalan,
yüksək səviyyəli obrazlar yaratmışdır.
Əli Qurbanovun xidmətləri nəzərə alı-
naraq ona 1938-ci ildə “Azərbaycan
Respublikasının Əməkdar artisti”,
1940-cı ildə isə “Azərbaycan Respub-
likasının Xalq artisti” adı verilmişdir.
O, “Şərəf Nişanı”, “Qırmızı Əmək
Bayrağı”ordenlərinə və bir neçə me-
dallara layiq görülmüşdür. 1951-ci ildə
Lenin ordeni ilə təltif olunmuşdur.
Aktyor 1962-ci il oktyabr ayının
4-də Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: