Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə228/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   224   225   226   227   228   229   230   231   ...   538
Ə d ə b i y y a t

Nəbioğlu, A. Qocalmı-

şam demə, ay Hacı Tələt! 

[Mətn] /Nəbioğlu, A. //

Olaylar .-2010.- 28 yan-

var.- S.15.

Təhmirazqızı, S. Us-

tad xanəndə [Mətn]  

/S.Təhmirazqızı   //

Mədəniyyət.- 2011.- 24 

iyun.- S.12.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.mugamradio.az

21

Xanəndə


186

Teatr.Kino

100 

illiyi

Hökümə Qurbanova 

1913-1988

İYUN

Hökümə Abbasəli qızı Qurbanova 

1913-cü il iyun ayının 11-də Bakıda, 

ziyalı ailəsində anadan olmuşdur. 

O, 1931-ci ildə Bakı Pedaqoji Tex-

nikumunu bitirmiş, Azərbaycan Dövlət 

Konservatoriyasına daxil olaraq iki il 

fortepiano sinfində təhsil almışdır. 

Konservatoriyada təhsil alarkən 

dramaturq və teatr xadimi Cəfər Cab-

barlının ciddi təşəbbüsü ilə “Almaz” 

filmində Yaxşı roluna çəkilmiş, ancaq 

film ekranlara ədibin ölümündən son-

ra, 1936-cı ildə çıxmışdır.

Milli Dram Teatrının tamaşalarında 

əvvəllər ara-sıra çıxış edən Hökümə 

Qurbanova 1938-ci ildən ömrünün 

sonunadək bu kollektivin əvəzolunmaz 

aktrisası kimi şöhrət tapmışdır. 

Hökümə xanımın bir neçə epizodik 

rollarını  nəzərə almasaq, o, 1940-cı 

ildən əsas rolların ifaçısına çevrilmiş-

dir. Teatr tariximizdə Hökümə Qurba-

nova kimi gözlə  və  səs variasiyaları 

ilə oynaya bilən ikinci qadın sənətkar 

olmamışdır.

Aktrisa lazım gələndə  səhnədə 

dəqiqələrlə  mərmər abidə kimi “do-

nub” qala bilir (məsələn,  Şekspirin 

“Qış nağılı”nda Hermiona rolunda), 

pauzaları baxış  və  hərəkətlərilə “dol-

dururdu”.

Hökümə Qurbanova romantik akt-

yor məktəbinin poetik göstəricilərini 

lirik-psixoloji aktyor məktəbinin 

ifadə vasitələri ilə qovuşduran, onla-

rı harmonik ayrılmazlıqda, bir estetik 

prinsiplərdə təqdim edən ilk aktrisa ol-

muşdur.

Komediya rollarında (məsələn: 

Bənövşə, Xanuma və s.) səhnəyə  çı-

xan Hökümə Qurbanovanın məlahətli 

yumoru, sərrast və dürüst istiqamətli 

satirası tamaşaçıları heyran qoymuş-

du. Hərəkətlərini personajın ictimai-

sosial mənsubiyyətinə, mənəvi-əxlaqi 

xüsusiyyətlərinə, hadisələrin psixoloji 

dramatizminə ahəngdar həssaslıqla 

bağlayıb əlaqələndirmişdi.

Xumar (H.Cavid “Şeyx Sənan”), 

Solmaz (C.Cabbarlı “Od gəlini”) 

obrazlarını Hökümə xanım roman-

tik faciə janrında ifa etmiş, Zöhrə 

(S.S.Axundov “Eşq və intiqam”), 

Səhər (S.Vurğun “İnsan”), Günəş 

(Q.Rəsulov “Qarabağ 

əfsanəsi”), 

V.Nikolayevna (A.Boryanov “O tay-

da”)  rollarının ifası isə realist faciə 

janrında köklənmişdir.

Hökümə xanım Nataşa (“Mühəndis 

Sergeyev”, V.Rokk), Sevgili (“Ana 

ürəyi”,  İ.Səfərli), Gülara, Sürəyya 

(“İşıqlı yollar” və “İntizar”), Zöhrəxan 

(“İpək naxışlar”, A.Qəhhar), Reyhan 

(“Qardaşlar”, R.Rza) rollarında realist-

dramatik obrazları canlandırmışdır. 

Aktrisa bir sıra  filmlərdə rol al-

mış, bəzi  filmlərdə isə rolları 

səsləndirmişdir. “Azərbaycanfilm”in 

istehsal etdiyi “Bir ailə” filmində Ley-

la, “Onu bağışlamaq olarmı?” filmində 

Laçın, “Mən rəqs edəcəyəm” filmində 

Mahmudun anası, “İnsan məskən sa-

lır” filmində Ana rollarına çəkilmişdir.

Hökümə Qurbanova iki çağırış 

Azərbaycan SSR Ali Sovetinin deputa-

tı olmuşdur. 1943-cü ildə “Azərbaycan 

Respublikasının  Əməkdar artisti”, 

1960-cı ildə “Xalq artisti”, 1965-ci 

ildə “SSRİ Xalq artisti” fəxri adlarına 

layiq görülmüşdür.

Görkəmli aktrisa 1988-ci il noyabr 

ayının 2-də Bakıda vəfat etmiş, Fəxri 

Xiyabanda dəfn edilmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin