Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə236/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   232   233   234   235   236   237   238   239   ...   538
İ n t e r n e t d ə

www.anl.az 

www.az.wikipedia.org

www.milliqahraman.az 

www.zengilan.com

5

Milli Qəhrəman


191

Milli Qəhrəmanlar

55 

illiyi

Səfa Axundov 

1958-1992

İYUN

Səfa Fətulla oğlu Axundov 1958-ci 

il  iyun ayının 19-da Masallı rayonun-

da anadan olmuşdur. 

İlk təhsilini Saatlı rayonunda almış, 

sonra ailəsi ilə birlikdə  Cəlilabad ra-

yonuna köçdüklərinə görə  təhsilini 

burada davam etdirmişdir. Səfa uşaq-

lıq vaxtlarından təyyarəçi olmaq arzu-

sunda olmuş, bu istəyi onu Bakı hava 

limanına gətirmişdir. Daha sonra isə 

Orenburq Mülki Aviasiya Məktəbinə 

daxil olmuşdur. 

1979-cu ildə bu məktəbi bitirərək 

Yevlax rayonunda yerləşən hava lima-

nında pilot təyin edilmişdir. 

1987-ci ildə Riqada yaşayan Səfa 

erməni quldurlarının vətənimizə 

təcavüzünə biganə qalmayaraq 

Azərbaycana dönmüşdür. 1989-cu 

ildə Zabrat “Azal-aero” Aviaşirkətinə 

məxsus Mİ-8 vertolyotuna 2-ci pilot 

təyin edilmişdir. 1992-ci il yanvar ayı-

nın 28-də  Şuşaya iki uğurlu uçuş et-

miş, yenidən Şuşa istiqamətində uçuş 

edərkən Xankəndi istiqamətindən atı-

lan raket vertolyotu parçalamışdı. Üç 

heyət üzvü və 47 nəfər sərnişin faciəli 

surətdə həlak olmuşdu.

Azərbaycan Respublikası Preziden-

tinin 25 noyabr 1992-ci il tarixli 337 

saylı Fərmanı ilə Axundov Səfa Fətulla 

oğlu ölümündən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adına layiq gö-

rülmüşdür. 

Bakıda 


Şəhidlər Xiyabanında 

dəfn edilmişdir. Cəlilabad  şəhərinin 

mərkəzində büstü qoyulmuşdur.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin