Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə244/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   240   241   242   243   244   245   246   247   ...   538
Ə d ə b i y y a t

Xalid. Qarakənd faciəsindən 

20 il ötür [Mətn] /Xalid //Üç 

nöqtə.- 2011.- 19 noyabr.- 

S.8.

Şirinova, A. Qarakənd dü-

yünü [Mətn] /Arzu Şirinova 

//Xalq Cəbhəsi.- 2010.- 20 

noyabr.- S.10.

Qarakəndin səmasında 

qara olay... hələ də 

“dillənməyən” qara yeşik... 

[Mətn]: (1991-ci il noyabrın 

20-də Ağdamın Qarakənd 

yaxınlığında baş vermiş 

faciəli hadisə haqqında)      

//Ədalət.- 2011.- 19 noyabr.- 

S.21.

İ n t e r n e t d ə

www.anl.az 

www.az.wikipedia.org

www.ismayilli-ih.gov.az 

21

Akademik


196

Siyasət.Hərbi iş

75 

illiyi

Əbülfəz Əliyev 

1938-2000

İYUN

Əbülfəz Qədirqulu oğlu  Əliyev 

(Elçibəy) 1938-ci il iyun ayının 24-də 

Naxçıvan Muxtar Respublikası Ordu-

bad rayonunun Kələki kəndində ana-

dan olmuşdur. 

1957-ci ildə Bakı Dövlət Universi-

tetinin  şərqşünaslıq fakültəsinin  ərəb 

filologiyası  şöbəsinə daxil olmuşdur. 

1963-cü ilin yanvarında Misir Ərəb 

Respublikasına göndərilən  Əbülfəz 

bəy 1964-cü ilin okyabr ayınadək 

tərcüməçi kimi çalışmışdır. Xarici 

ezamiyyətdən dönərək 1965-ci ildə 

BDU-nun aspiranturasına daxil olmuş 

və aspirantura təhsilini 1968-ci ildə 

uğurla tamamlamışdır. 1969-cu ildə 

“Tulunilər dövləti (868-905)” mövzu-

sunda dissertasiya müdafiə edərək ta-

rix elmləri namizədi alimlik dərəcəsi 

almışdır.  1968-1975-ci illərdə BDU-

nun “Asiya və Afrika ölkələri tarixi” 

kafedrasında müəllim və baş müəllim 

işləmişdir.

1975-ci ilin yanvar ayında tələbələr 

arasında millətçi və antisovet təbliğatı 

aparmaq adıyla həbs edilmiş  və 17 

iyul 1976-cı ilədək siyasi dustaq ola-

raq azadlıqdan məhrum edilmişdir. 

Əsasən Qaradağ daş karxanasında ağır 

fiziki işlərə məhkum edilmişdir.

Həbsdən buraxıldıqdan sonra bir 

müddət işsiz qalmış, 1976-cı ilin de-

kabrında AMEA Azərbaycan EA 

Əlyazmalar  İnstitutunda kiçik elmi 

işçi kimi elmi fəaliyyətə başlamışdır. 

Sonralar 1992-ci ilədək böyük elmi 

işçi, aparıcı elmi işçi,  şöbə müdiri 

vəzifələrinə qədər yüksəlmişdir.

Əbülfəz Elçibəy hələ  tələbəlik 

illərindən sovet rejiminin müstəmləkə 

siyasətinə qarşı mübarizə aparmış, giz-

li tələbə dərnəkləri yaratmış və azadlıq 

ideyalarını geniş  şəkildə yaymışdır. 

Eyni zamanda o, Bütöv Azərbaycan 

ideyasını da dönmədən təbliğ etmişdir. 

1975-ci ildə həbs edilməsi də onu yo-

lundan döndərə bilməmiş, 1988-ci ildə 

Azərbaycan Xalq Hərəkatı başlayanda 

Elçibəy onun öndərlərindən biri olmuş-

dur. O, Hərəkatın təşkilatlanmış for-

ması olan Azərbaycan Xalq Cəbhəsini 

yaradanlardan (iyul, 1989) biri olmuş 

və ömrünün sonunadək partiyanın 

sədri kimi fəaliyyət göstərmişdir.  

Əbülfəz Qədirqulu oğlu  Əliyev 7 

iyun 1992-ci il tarixində Azərbaycan 

Respublikasında ilk dəfə demokratik 

yolla keçirilən prezident seçkilərində 

qələbə qazanmış  və 17 iyun 1993-

cü ilə  qədər hakimiyyətdə olmuşdur. 

Prezidentlik səlahiyyəti bitdikdən bir 

qədər sonra - 1997-ci ilin 30 oktyab-

rında Bakıya dönən  Əbülfəz Elçibəy, 

yenidən Azərbaycan müxalifətinin 

liderinə çevrilmişdi. O, 1997-ci ilin 

noyabr ayında “Bütöv Azərbaycan 

Birliyi”ni yaratmış  və ona başçılığı 

öz üzərinə götürmüşdü, eyni zamanda 

Türk Xalqları Assambleyasının fəxri 

sədri seçilmişdi.

O, Azərbaycan tarixşünaslıq və 

şərqşünaslığında  əsaslı elmi araşdır-

malar aparmış, onun 40-dan artıq san-

ballı elmi əsəri nəşr edilmişdir.

  Əbülfəz Elçibəy 2000-ci il av-

qust ayının 22-də - 63 yaşındaykən 

Türkiyənin Ankara şəhərində  vəfat 

etmiş, Bakıda Fəxri Xiyabanda dəfn 

edilmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin