198
Kimya.Biologiya.Tibb
Sona Vəlixan
1883-1982
İYUN
Sona İbrahim qızı Vəlixan 1883-cü
il iyun ayının 19-da Xarkov şəhərində
anadan olmuşdur.
O, Peterburq Tibb İnstitutunu 1908-
ci ildə bitirmiş və Azərbaycanda ilk ali
təhsilli qadınlar arasında layiqli yer tut-
muşdur.
1923-1939-cu illərdə Sona Vəlixan
Azərbaycan Tibb İnstitutunun Göz
xəstəlikləri kafedrasında assistent,
dosent və professor vəzifəsində çalış-
mış, 1939-1971-ci illərdə isə Ə.Əliyev
adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə
İnstitutunun Göz
xəstəlikləri kafedrasının müdiri olmuş-
dur.
1946-1960-cı illərdə Azərbaycan
Elmi Tədqiqat Oftalmologiya İnstitu-
tunun elmi işlər üzrə direktor müavini
vəzifəsində çalışmışdır.
Sona Vəlixan 60-dan artıq elmi
əsərin, o cümlədən 2 monoqrafiyanın
müəllifidir. Onun elmi işləri əsasən cü-
zam, sifilis, vərəm və müxtəlif şişlər
nəticəsində zədələnmiş görmə üzvünün
morfoloji dəyişiklikləri, gözün zədəsi,
qlaukoma və traxoma problemlərinə
həsr olunmuşdur.
Tibb elmləri doktoru elmi dərəcəsini
alan ilk Azərbaycan qadını olmuşdur.
Elmi işinin dərinliyinin və dəyərinin
təsdiqi 1931-ci ildə “Endoftalmitin
patoloji anatomiyasına dair” məqaləsi
ilə Nobel Komitəsinin diqqətini özünə
cəlb etməsi olmuşdur.
Ömrünün böyük hissəsini oftalmo-
loq kadrların hazırlanması kimi nəcib
işə həsr etmiş, onun rəhbərliyi altında 3
doktorluq və 18 namizədlik dissertasi-
yası müdafiə edilmişdir. Professor Sona
xanım kliniki işlə bərabər geniş kon-
sultativ iş də aparmış, elmi-pedaqoji,
müalicə fəaliyyəti ilə yanaşı ictimai
problemlərə də böyük məsuliyyətlə ya-
naşmışdır.
1945-1950-ci illərdə o, Respublika
Oftalmoloqlar Cəmiyyətinin sədri ol-
muşdur.
O, 1942-ci ildə Əməkdar elm xadi-
mi fəxri adına layiq görülmüş, orden və
medallarla təltif olunmuşdur.
Sona Vəlixan 1982-ci il aprel ayının
4-də vəfat etmişdir.
Dostları ilə paylaş: