192
Milli Qəhrəmanlar
60
illiyi
Əlif Hacıyev
1953-1992
İYUN
Əlif Lətif oğlu Hacıyev 1953-cü
il iyun ayının 24-də Xocalı şəhərində
doğulmuşdur.
1970-ci ildə məktəbi bitirərək,
Xankəndi
şəhərində sürücülük
peşəsinə yiyələnmişdir.
1971-ci ildə ordu sıralarına çağı-
rılmış, hərbi xidməti Minsk şəhərində
keçmişdir.
1973-cü ildə ordudan tərxis olu-
naraq Xankəndi Avtonəqliyyat Müəs-
sisəsində sürücü işləmişdir.
1974-1984-cü illərdə Belorusiya
DİN-nin və Azərbaycan SSR DQMV-
nin daxili işlər orqanlarında müxtəlif
vəzifələrdə işləmişdir.
1976-cı ildə SSRİ DİN-in Frunze
adına Xüsusi Orta Milis Məktəbinə
daxil olmuşdur.
O, 1979-cu ildə həmin məktəbi
bitirmiş, 1981-ci ildən təhsilini SSRİ
DİN-nin Akademiyasında davam et-
dirmişdir. DQMV-də işləyərkən uzun
müddət fəaliyyət göstərən gizli millətçi
mərkəzi ifşa etməyə çalışmışdır. Buna
görə də erməni millətçiləri onu sax-
ta ittihamlarla günahlandıraraq 10 il
həbs cəzasına məhkum etmişdilər.
1987-ci ildə işinə yenidən baxıl-
mış, 10 il həbs cəzası 6 ilə endirilmiş-
di. Sonra o, bəraət almış, azadlığa bu-
raxılmışdır.
Ə.Hacıyev 1990-cı ildə Xocalı-
ya qayıtmış və Dağlıq Qarabağ üzrə
Təşkilat Komitəsində, Qarabağa
Xalq Yardımı Komitəsində fəaliyyət
göstərərək erməni millətçilərinə qarşı
mübarizəsini yenidən davam etdir-
mişdir.
O, 1990-cı ilin dekabr ayında da-
xili işlər orqanlarına yenidən bərpa
olunmuş və Xocalı Təyyarə limanı
xətt daxili işlər bölməsinə rəis təyin
edilmişdir. Eyni zamanda o, Xocalı
Aeroportunun komendantı olmuşdur.
Yaxşı fəaliyyətinə görə 1991-ci ilin
dekabr ayında ona mayor rütbəsi ve-
rilmişdir.
Qarabağ cəngavəri Əlif Hacıye-
vin əzmkarlığı nəticəsində Xocalı
hava limanı erməni millətçilərinin
nəzarətindən tamamilə çıxmış və bu,
onlar üçün ağır zərbə olmuşdu. Bunun
əvəzini çıxmaq üçün düşmən 1992-ci
ilin fevral ayının 25-dən 26-na keçən
gecə Xocalıya hücum etmişdi. Əlif
və onun dəstəsi səhər saat beşə qədər
azğınlaşmış rus hərbiçiləri və erməni
yaraqlıları ilə vuruşmuşdular. O, bu
qanlı döyüşdə misilsiz qəhrəmanlıqlar
göstərərək, bir dəstə dinc əhalini Ağ-
damın Şelli kəndinə tərəf təhlükəsiz
yerə çıxarmışdı. Əlif bir daha geriyə
dönərək, yenidən döyüşə atılmış və bu
zaman ağır yaralanmışdır. Vətənini,
torpağını canından əziz bilən Əlif,
Qarabağ torpağında – Xocalı faciəsi
zamanı şəhid olmuşdu.
Azərbaycan Respublikası Prezi-
dentinin 6 iyun 1992-ci il tarixli 831
saylı Fərmanı ilə mayor Hacıyev
Əlif Lətif oğluna ölümündən son-
ra “Azərbaycanın Milli Qəhrəmanı”
fəxri adı verilmişdir.
Bakı şəhəri Şəhidlər Xiyabanında
dəfn edilmişdir. Bakının Nizami rayo-
nundakı küçələrdən biri qəhrəmanın
adını daşıyır.
Dostları ilə paylaş: