190
Milli Qəhrəmanlar
40
illiyi
Cavanşir Rəhimov
1973-1992
İYUN
Cavanşir İzzət oğlu Rəhimov 1973-
cü il iyun ayının 5-də Qax rayonunda
dünyaya göz açmışdır.
Bir yaşında olarkən ailəsi ilə
birgə Bakının Qaraçuxur qəsəbəsinə
köçmüşlər. Cavanşir buradakı Suraxa-
nı rayonu 104 saylı orta məktəbə get-
miş, səkkizinci sinfi bitirdikdən sonra
isə texniki-peşə məktəbində təhsilini
davam etdirmişdir. O, qısa müddət
ərzində karate idman növünü öyrənmiş
və idman ustası normativini ödəmişdi.
1992-ci ildə Cavanşir hərbi xidmətə
çağırılmış, Hərbi Hava Qüvvələrində
xidmət etmişdir. Bir müddət təlim
keçən Cavanşir Rəhimov bort-atıcı
peşəsinə yiyələnmişdir. Daha sonra
könüllü olaraq müharibəyə getmək
istədiyini bildirəndə onu Mİ-24 ver-
tolyotuna bort-atıcı təyin etmişlər.
Dəfələrlə təhlükəli uçuşlar etmiş,
erməni silahlılarını ağır itkilərə məruz
qoymuşdur. 6 avqust 1992-ci il Kasa-
pet yüksəkliyindəki döyüşdə Cavanşir
ağır yaralanmış və vəfat etmişdir.
Azərbaycan Respublikası Prezi-
dentinin 14 sentyabr 1994-cü il tarixli
203 saylı Fərmanı ilə Rəhimov Ca-
vanşir İzzət oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyaba-
nında dəfn edilmişdir. Suraxanı ra-
yonundakı 146 saylı orta məktəb
qəhrəmanımızın adını daşıyır. Qaraçu-
xur qəsəbə parkında büstü qoyulmuş-
dur.
Dostları ilə paylaş: