Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə210/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   206   207   208   209   210   211   212   213   ...   538
İ n t e r n e t d ə

www.anl.az

www.elibrary.az


167

Kitabxanaşünaslıq.Biblioqrafiya

90 

illiyi

Milli Kitabxana

1923

Azərbaycan Respublikasının  ən böyük dövlət 

kitabsaxlayıcısı, milli mətbuatımızın və kitabiyya-

tımızın dövlət arxivinin yaradıcısı, ölkənin bütün 

kitabxanaları üçün elmi metodik mərkəz funksiya-

sını yerinə yetirən, kitabxanaşünaslıq və biblioq-

rafiyaşünaslıq sahəsində aparıcı elmi mərkəz ro-

lunu oynayan və  nəhayət, Azərbaycan elminin 

inkişafında xüsusi xidməti olan elm məbədi və 

mənəviyyat xəzinəsinin bu gün 90 yaşı tamam 

olur. 

M.F.Axundov adına Azərbaycan Milli Kitab-



xanasının təsis edilməsi, ona “Azərbaycan SSR 

Mərkəzi Dövlət Kitabxanası” statusunun verilməsi 

mərasimi dövlət səviyyəsində  məhz  23 may 

1923-cü ildə olduğundan, bu tarix M.F.Axundov 

adına Milli Kitabxananın yaranması günü kimi 

qəbul edilmişdir.  İlk dəfə Milli Elmlər Akade-

miyasının Rəyasət Heyətinin hazırkı binasının 

birinci mərtəbəsində yerləşmiş kitabxana, hal-

hazırda yerləşdiyi binaya 1960-cı ildə köçmüş-

dür. Bakı  səhərinin  ən  əhəmiyyətli mədəniyyət 

abidələrindən biri olan bu bina, görkəmli 

Azərbaycan memarı, akademik Mikayıl Hüsey-

nov tərəfindən layihələndirilmiş  və  şəhərimizi 

bəzəyən unikal memarlıq incilərindən olmuşdur. 

1939-cu ilin iyul ayında Azərbaycan SSR Ali So-

vetinin Rəyasət Heyətinin qərarı ilə kitabxanaya 

görkəmli mütəfəkkir, realist dramaturgiyamızın 

banisi M.F.Axundovun adı verilmişdir. Kitabxana 

yaranarkən Elmi-texniki cəmiyyətin ona ianə et-

diyi cəmi 5 min nüsxə  ədəbiyyat fonduna malik 

olmuş, lakin tezliklə dövlətin ayırdığı vəsait hesa-

bına fondunu sürətlə artırmağa başlamış, 1940-cı 

ildə 645 min nüsxəyə çatdırmışdı.  İkinci Dünya 

müharibəsindən sonra M.F.Axundov adına kitab-

xananın fondu daha sürətlə artmağa başlamış  və 

1960-cı ildə 1 742 300 nüsxəyə çatmışdır. Hal-

hazırda Milli Kitabxananın fondunda 5 milyon 

nüsxəyə yaxın müxtəlif sənəd toplanmışdır.

1998-ci ilin dekabr ayında Azərbaycan Milli 

Məclisi tərəfindən qəbul edilmiş  və 1999-cu ilin 

martında ümummilli liderimiz, mədəniyyətimizin, 

elmimizin və  mənəviyyatımızın inkişafında 

əvəzolunmaz xidmətləri olan mərhum Prezidenti-

miz Heydər Əliyevin fərmanı ilə qüvvəyə minmiş 

“Kitabxana işi haqqında” Azərbaycan Respubli-

kasının Qanunu bütövlükdə kitabxana işinin inki-

şafında yeni bir mərhələ açmış  və M.F.Axundov 

adına kitabxananın da inkişafında mühüm rol oy-

namışdır. 

“Kitabxana işi haqqında” Qanuna müvafiq ola-

raq M.F.Axundov adına Dövlət Kitabxanasına 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 

aprel 2004-cü il tarixli qərarı ilə “Milli Kitabxa-

na” statusu verilmişdir. Bu status, kitabxananın 

qarşısına qoyulmuş  vəzifələrin  əhatəsini xeyli 

genişləndirmiş və ölkənin ictimai həyatında onun 

rolunu artırmışdır.

Bu gün Milli Kitabxana Azərbaycan, rus və 

digər dillərdə təxminən 700 adda qəzet, jurnal və 

digər dövri və ardı davam edən nəşrlər alır və oxu-

cuların istifadəsinə verir. Milli Kitabxanaya daxil 

olan yeni ədəbiyyatın sayının artmasında ölkədə 

nəşr olunan bütün çap məhsullarından pulsuz 

məcburi nüsxələrin alınması və Azərbaycan Res-

publikası Prezidentinin Sərəncamı ilə hər biri 25 

min nüsxə tirajla çap olunan kitabların mühüm 

rolu olmuş və bu oxucuların sayının artmasına da 

müsbət təsir göstərmişdir. Milli Kitabxananın da-

imi oxucularının sayı hazırda 38 426 nəfərə, ki-

tabxanaya gələnlərin sayı isə 226 min nəfərə çat-

mışdır.

Milli Kitabxana “Kitabxana işi haqqında” 

Azərbaycan Respublikası Qanunu ilə ona verilmiş 


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin