Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə307/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   303   304   305   306   307   308   309   310   ...   538
23

20  

ili

Ərazisi: 1386 

• km² 

Əhalisi: 105000

• 

125368 hektar ərazisi işğal olunub

• 

İşğal tarixi: 23.08.1993

• 


248

Tarixdə bu gün

Beynəlxalq Azərbaycan Muğamı Günü

2010

AV

Q

U

S

T

26 avqust - Beynəlxalq Azərbaycan Muğamı 

Günü və  İpək Yolu üzərində yerləşən ölkələrin 

musiqisi günü elan olunmuşdur. Qərar Kanadanın 

Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər 

il keçirilən Beynəlxalq Niaqara mu-

siqi festivalının rəhbərliyi tərəfindən 

qəbul olunmuşdur.

Muğam Azərbaycanın qədim mu-

siqisi olub, 1975-ci ildə YUNESKO 

tərəfindən “Musiqi mənbələri” seri-

yasına daxil edilmişdir.

Son illərdə “Qarabağ xanəndələri” 

albomu buraxılmış, “Muğam” jur-

nalı, “Muğam ensiklopediyası” nəşr 

edilmişdir. Muğama dair müasir texnologiyalara 

əsaslanan və 8 diskdən ibarət “Azərbaycan mu-

ğamı” multimedia toplusu ilk tədris vəsaiti kimi 

hazırlanmışdır.

Bəşəriyyətin  şifahi və  mənəvi irsinin bən-

zərsiz xəzinələrindən olan muğam ötən  əsrin 

əvvəllərindən başlayaraq dünya mədəniyyəti 

məkanına daxil olmağa başlamışdır. 1971-ci ildə 

YUNESKO 50 albomdan ibarət olan “Dünya 

ənənəvi musiqisinin antologiyası” kolleksiyasına 

“Şərqin musiqi antologiyası” seriyasında çıxan 

“Azərbaycan musiqisi” plastinkasını da daxil et-

mişdir. Azərbaycan muğamı Andrey Tarkovskinin 

bütün dünya ekranlarını dolaşan “Stalker” filmində 

də səslənmişdir.

Bütün bunlarla yanaşı muğamlarımız təkcə Yer 

kürəsi sakinlərini deyil, həm də göy cisimlərini 

özünə cəlb etmişdir. ABŞ Milli Kosmik Agentliyi 

(NASA) Azərbaycanın milli sərvəti olan muğam 

musiqi nümunəsini 1977-ci ildə peyklə kosmosa 

göndərmişdir.

Muğam  Şərqin  ən qədim musiqi janrların-

dan biri olduğu üçün dünya musiqişünaslarının, 

sənətsevərlərin daim diqqətini cəlb etmişdir. Qədim 

və orta əsr Şərq musiqi mədəniyyətinin, folkloru-

nun öyrənilməsində bu janr əsas amillərdən biri 

kimi tədqiqatçıların təhlil obyektinə 

çevrilmişdir.

Azərbaycanın müstəqilliyi 

dövründə milli muğam ifaçılığı yeni 

inkişaf mərhələsinə qədəm qoymuş-

dur. Yüzilliklərlə cilalanan, zaman-

zaman üslub, obraz, məzmun, 

ifaçılıq mahiyyəti zənginləşən 

Azərbaycan muğamının müasir 

tarixində Heydər  Əliyev Fondu-

nun prezidenti, YUNESKO-nun və  İSESKO-

nun xoşməramlı  səfiri, Milli Məclisin deputatı 

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata 

keçirilən çoxşaxəli silsilə  tədbirlər müstəsna rol 

oynamışdır. Bu fəaliyyətin nəticəsidir ki, son illər 

muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli 

dəstək alaraq, sözün əsl mənasında, intibah dövrü-

nü yaşayır.

YUNESKO-nun qərarı ilə muğamın dün-

ya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri 

əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi 

təkcə xalqımızın deyil, bütün bəşəriyyətin mi-

silsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi 

qiymətləndirilməsinə bariz nümunədir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   303   304   305   306   307   308   309   310   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin