255
SENTY
ABR
5
0
Dünya ədəbiyyatı
90
illiyi
Rəsul Həmzətov
1923-2003
SENTY
ABR
Rəsul Həmzət oğlu Həmzətov 1923-
cü il sentyabr ayının 8-də Dağıstanın
Xunzax rayonunun Sada kəndində,
şair Sadasa Həmzətin ailəsində dünya-
ya göz açmışdır.
Milliyyətcə avardır. Onun ilk
müəllimi atası olmuşdur. Rəsul
Həmzətov özünün ilk şeirini 11 yaşında
yazmışdır. Kənd məktəbini bitirdikdən
sonra pedaqoji məktəbə daxil olmuş-
dur.
1940-cı ildə təhsil aldığı məktəbdə
müəllim işləmişdir. Ancaq burada o,
uzun müddət qalmamış, bir neçə iş
yerini dəyişən Həmzətov, Avar Səyyar
Teatrında rejissor köməkçisi, “Bolşevik
qor” qəzetində və radioda işləmişdir.
1943-cü ildə “Sevgi məşəli və acı
ədavət” adlı ilk şeirlər toplusu çap
olunmuşdur. 1945-1950-ci illərdə Mak-
sim Qorki adına Moskva Ədəbiyyat
İnstitutunda oxumuşdur. 1947-ci ildə
rus dilində ilk şeirlər kitabı işıq üzü
görmüşdür. Rus, avar dillərində və bir
çox Dağıstan və Qafqaz xalqlarının
dillərində Rəsul Həmzətovun poetik
onluqları, nəsr və publisistik əsərləri,
həmçinin 25-dən çox kitabı dərc olun-
muşdur: “Слово о старшем брате”
(1952), “Дагестанская весна” (1955),
“Горянка” (1958), “В горах мое
сердце” (1959), “Высокие звезды”
(1962), “Две шали”, “Письмена”,
“Берегите друзей”, “Суди меня
по кодексу любви”, “Сонеты”, “О
бурных днях Кавказа” və s.
O, Dağıstan şairi olsa da, Dağıs-
tanda böyüyüb boya-başa çatsa da,
Azərbaycana, onun xalqına, poeziya-
sına çox bağlı olmuşdur. O, özünün
bir çox müdrik şeirlərini Azərbaycana-
Bakıya, neftçilərə, dəniz şəhərimizə və
özü “böyük ustadım” deyə çağırdığı
Səməd Vurğuna həsr etmişdir.
Şeirlərinin çoxunu Azərbaycan
dilinə Tofiq Bayram tərcümə etmişdir.
Rəsul Həmzətovun bir çox şeirlərinə
mahnılar bəstələnmışdir. Onun şeirləri
bir çox Dağıstan, Qafqaz və Rusiya
bəstəkarlarının diqqətini cəlb etmişdir.
Yan Frenkel, Oskar Felsman, Polad
Bülbüloğlu, Raymond Pauls, Yuri An-
tonov, Qotfrid Hasanov, Sergey Ağa-
babov, Murad Kajlayev, Şirvani Çala-
yev və başqa bəstəkarlar Həmzətovla
sıx əməkdaşlıq etmişlər.
O, müxtəlif vaxtlarda Dağıstan
Muxtar SSR-nın Ali Sovetinin deputa-
tı, Dağıstan Muxtar SSR Ali Sovetinin
sədr müavini, SSRİ Ali Sovetinin depu-
tatı və üzvü seçilmişdir. Uzun müddət
Dağıstan, RSFSR və SSRİ yazıçılar
qurultayının nümayəndəsi olmuşdur.
Rəsul Həmzətov 2003-cü il noyabr
ayının 3-də Moskvada vəfat etmiş Ma-
haçqalada dəfn edilmişdir.
Dostları ilə paylaş: