257
Ə d ə b i y y a t
Arif Məlikovun 75 illik
yubileyinin keçirilməsi
haqqında: Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı; 24 iyun 2008-
ci il [Mətn] //Azərbaycan.-
2008.- 25 iyun.- S.1.
Cəfərova, N. Görkəmli
bəstəkarın yubileyinə həsr
olunmuş tədbir [Mətn]
/N.Cəfərova //İki Sahil.-
2009.- 17 aprel.- S.8.
Məlikov Arif [Mətn]
//Azərbaycan Milli Elmlər
Akademiyasının üzvləri
haqqında məlumat kitabı.-
Bakı, 2005.- C.2.- S.159.
Ramazanova, S.
Azərbaycan kino musiqisi
tarixində Arif Məlikov
yaradıcılığının rolu və
yeri [Mətn]: sənətşün.
n.a.dərəcəsi iddiası üçün
təq. ed. dis.: 17.00.02.-
Bakı, 1999.- 148 s.
Təranə. Canlı əfsanənin
müəllifi [Mətn] /Təranə
//Kaspi.- 2010.- 14 sent-
yabr.- S.15.
www.adam.az
www.anl.az
Musiqi.Opera.Balet
Arif Məlikov
1933
SENTY
ABR
Arif Cahangir oğlu Məlikov 1933-
cü il sentyabr ayının 13-də Bakıda
anadan olmuşdur.
1958-ci ildə Ü.Hacıbəyov adına
Azərbaycan Dövlət Konservatoriyası-
nı bəstəkarlıq sinfi üzrə bitirmişdir.
Yaradıcılığı müxtəlif janrları əhatə
edir. Hisslərin poetik, romantik ifadəsi,
musiqi dilinin zənginliyi və əlvanlığı
A.Məlikov musiqisinin xarakterik
cəhətləridir. “Məhəbbət əfsanəsi”
(1961), “İki nəfər” (1969), “İki ürək
dastanı” (1981), “Fövqəlgözəl Yusif”
(1999) baletlərinin, simfonik poema-
ların, altı simfoniyanın müəllifidir.
Nağıl mövzusu və əfsanəvi obrazlar
bəstəkarın həm balet yaradıcılığında
(“Əlibaba və qırx quldur”), həm sim-
fonik əsərlərində (“Nağıl” simfonik
poeması), həm kamera yaradıcılığında
əks etdirilmişdir. “Məhəbbət əfsanəsi”,
“İki qəlbin dastanı” baletləri, İkinci,
Dördüncü, Altıncı simfoniyalar, “Me-
tamorfozlar” simfonik poeması dra-
matik obrazların parlaq təcəssümünün,
Nazim Hikmətin sözlərinə bəstələnmiş
romansların çoxu isə xəfif məhəbbət
lirikasının nümunəsidir.
“Sehirli xalat” (1964), “Axırıncı aşı-
rım” (1971), “Qərib cinlər diyarında”
(1977), “İşarəni dənizdən gözləyin”
(1986), “Gecə qatarında qətl” (1990),
“Heydər Əliyev. Dördüncü film. Li-
der” (1999), “Hacı Qara” (2002),
“Müstəqillik yollarında. Üçüncü film”
(2004), “Mücadilə. Birinci hissə. İstiq-
lalın beşiyi” (2006), “Maestro Niyazi”
(2007) kimi bədii və sənədli filmlərin
bəstəkarı olmuşdur.
Vaxtilə təhsilini A.Zeynallı adına
məktəbin xalq çalğı alətləri şöbəsindən
başlayan, Əhməd Bakıxanov, Mansur
Mansurov kimi sənətkarlardan tar ifa-
çılığının sirlərini öyrənən A.Məlikov,
bəstəkar kimi püxtələşib yetişdikdən
sonra öz musiqisində milli musi-
qi incilərinə yeni həyat vermişdir.
A.Məlikov həm də gözəl pedaqoqdur.
1965-ci ildə “Azərbaycan Respub-
likasının Əməkdar incəsənət xadimi”
fəxri adına layiq görülmüş, 1971-ci
ildə “Şərəf Nişanı” ordeni ilə təltif
olunmuşdur.
1978-ci ildə isə “Azərbaycan
Respublikasının Xalq artisti” adı-
na layiq görülmüşdür. 1979-cu ildə
professor adı almış və 1982-ci ildən
Azərbaycan Dövlət Konservatoriya-
sında Bəstəkarlıq kafedrasının müdiri
işləyir.
1986-cı ildə Azərbaycan Respubli-
kasının Dövlət Mükafatı laureatı, SSRİ
Xalq artisti adına layiq görülmüşdür.
1998-ci ildə İstiqlal Ordeni ilə təltif
olunmuşdur. 2009-cu ildə “Heydər
Əliyev mükafatı” ilə təltif edilmişdir.
2001-ci ildən Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü-
dir.
Bəstəkar, pedaqoq, vətəndaş kimi
Ü.Hacıbəyli tərəfindən bünövrəsi qo-
yulmuş məktəbin ən gözəl ənənələrini
yaşadan A.Məlikovun yaradıcılığı
vətənimizin, millətimizin mədəniyyəti
tarixində bütöv bir mərhələdir. Arif
Məlikov bu gün də mədəniyyətimizin
tərəqqisi uğrunda çalışaraq, XXI əsr
musiqimizin salnaməsini yaradan
sənətkarlar sırasında şərəfli bir yer tu-
tur.
Dostları ilə paylaş: