256
Dünya ədəbiyyatı
210
illiyi
Prosper Merime
1803-1870
SENTY
ABR
Prosper Merime 1803-cü il sentyabr
ayının 23-də kimyaçı alim və rəssam,
yenilik tərəfdarı Jan Fransua Leonor
Merimenin ailəsində doğulmuşdur.
Prosper erkən yaşlarından özündə
gözəl zövq və incəsənət sevgisini in-
kişaf etdirməyə başlamışdır. Parisdə
hüquq elmləri kursunu bitirən gənc
Prosper əvvəlcə iyul monarxiyası döv-
rünün nazirlərindən qraf de Arturun
katibi olmuş, sonralar isə Fransa tarixi
abidələrinin baş inspektoru təyin edil-
mişdir.
1853-cü ildə P.Merime senator
dərəcəsi almışdır.
Merimenin ədəbiyyat sahəsində
ilk addımı 20 yaşında yazdığı “Krom-
vel” tarixi dramıdır. Lakin müəllif bu
əsərdən razı qalmadığına görə onu nəşr
etdirməmişdir. 1825-ci ildə o, özünün
bir neçə dramatik pyesini “Klara Qasul
teatrı” başlığı altında nəşr etdirmişdi.
Realizm dövrünün novella ustadı
Prosper Merime hesab edilmişdir. Bu
novellalarda güclü və parlaq xarakter-
li, orijinal naturalar, yüksək hisslərə
xas insanlar təcəssüm olunmuşdur.
Bunlara “Karmen” (Bizenin opera-
sı bu novella əsasında yazılmışdır),
“Kolomba”, “Falkone” aiddir. Merime
həm də pyeslər müəllifidir. Onun “Ja-
keriya” adlı pyes-xronikasında XVI
əsrdəki kəndli hərəkatı təsvir edilmiş-
dir. Onun yeganə böyük romanı “IX
Karl dövrünün xronikası” adlı əsəridir.
Bu əsərdə o, Varfolomey gecəsinin
hadisələrinin, katoliklərlə protestant-
ların mübarizəsinin bədii təsvirini ver-
mişdir.
1960-cı ildə yazıçının “Matteo Fal-
kone” əsəri əsasında “Azərbaycanfilm”
kinostudiyası eyniadlı film çəkmişdir.
Məşhur fransız yazıçısı Prosper
Merime 1870-ci il sentyabr ayının 23-
də vəfat etmişdir.
Dostları ilə paylaş: