Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə323/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   319   320   321   322   323   324   325   326   ...   538
İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.e-qanun.az 

www.milliqahraman.az

www.muallim.edu.az

www.zengilan.com

2

Milli Qəhrəman


262

2

Eldar Tağızadə 

1963-1992

Milli Qəhrəman

50 

illiyi

Milli Qəhrəmanlar

SENTY

ABR

6

Eldar Abdulla oğlu Tağızadə 

1963-cü il sentyabr ayının 6-da Bakı 

şəhərində anadan olmuşdur. 

1970-1980-ci illərdə  Nəsimi ra-

yonundakı 164 saylı  məktəbdə  təhsil 

almışdır. Məktəbi bitirdikdən sonra 

Bakı Dövlət Universitetinə daxil ol-

muş  və 1985-ci ildə oranı  fərqlənmə 

diplomu ilə bitirmişdir. Daha sonra 

polis olmaq istəyən Eldar Səbail ra-

yon polis idarəsində çalışmağa baş-

lamışdır. 1989-cu ildə Sverdlovsk 

şəhərində kurs keçmişdir və baş ley-

tenant rütbəsini almışdır. Tağızadə El-

dar Daxili İşlər Nazirliyində əməliyyat 

müvəkklili vəzifəsində çalışmışdır.

Cəsur polis işçisi tez-tez cəbhəyə 

getmiş və girovların azad edilməsində 

iştirak etmişdir. Eldarın sayəsində 

neçə-neçə insan girovluqdan azad edil-

mişdir. 1991-ci ildə ona kapitan rütbəsi 

də verilmiş, DİN-nin Terrorizmə  və 

Banditizmə Qarşı Mübarizə İdarəsinin 

rəis müavini təyin edilmişdir. 1992-ci 

il 3 iyun tarixində Tağızadə yenidən 

Qarabağa göndərilmişdir.

Döyüş zamanı  “Şaka” ləqəbli 

təhlükəli qatili zərərsizləşdirmək üçün, 

Eldar onun gizləndiyi binaya daxil ol-

muş, polis kapitanının silahsız olduğu-

nu görən namərd Şaka qəfil olaraq El-

darın sinəsinə atəş açmış, cəsur polis 

qəhrəmancasına həlak olmuşdu.

Azərbaycan Respublikası Prezi-

dentinin 1992-ci il 3 sentyabr tarixli 

162 saylı  Fərmanı ilə Tağızadə El-

dar Abdulla oğlu ölümündən sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 

adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər Xiyabanın-

da dəfn edilmişdir. Təhsil aldığı 164 

saylı orta məktəb və Bakı  şəhərinin 

küçələrindən biri Tağızadə Eldarın 

adını daşıyır.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   319   320   321   322   323   324   325   326   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin