267
Milli Qəhrəmanlar
55
illiyi
Elbrus Allahverdiyev
1958-1993
SENTY
ABR
Elbrus Hacı oğlu Allahverdiyev
1958-ci il sentyabr ayının 27-də Gəncə
şəhərində fəhlə ailəsində anadan ol-
muşdur.
18 saylı məktəbi bitirdikdən sonra
1976-1978-ci illərdə Sovet Ordusunda
hərbi xidmətdə olmuşdur.
1990-cı ildə Orconikidze Kənd
Təsərrüfatı İnstitutunu bitirmişdir.
O bir müddət Vladiqafqazda yaşa-
mış, erməni faşistlərinin vətənimizə
təcavüzünü eşidən zaman Azərbaycana
dönmüş və könüllü olaraq 17 may
1992-ci il tarixində cəbhəyə yollan-
mışdır.
Elbrus Allahverdiyev Azərbaycan
Silahlı Qüvvələrində artilleriyanın
ilk təşkilatçılarından olmuşdur. Ağ-
dam ətrafındakı döyüşlərdə şücaət
göstərmiş və düşmənin xeyli zirehli tex-
nikasını sıradan çıxarmışdır. Ağdərədə
Ermənistan Silahlı Qüvvələrinin reak-
tiv artilleriyasını sərrast atəşlərlə sus-
durmuşdur.
1993-cü il 12 iyun tarixində işğal-
çılar Ağdam üzərinə hücuma keçərkən
Elbrus Allahverdiyev düşmənin xeyli
canlı qüvvəsini məhv etmiş və onla-
rı geri çəkilməyə məcbur etmişdir.
Ermənistan hərbi hissələrinin Ağdam
rayonuna növbəti hücumu iki gün son-
ra iyun ayının 14-də olmuşdur. Onlar
Ağdamın Şelli kəndi istiqamətində
irəliləmək istəsələr də Elbrus Allah-
verdiyevin dəqiqliyi ermənilərin xey-
li itkisi ilə nəticələnmiş və onlar geri
çəkilmişdir.
16 iyunda işğalçıların növbəti hü-
cumu zamanı Elbrus əsgər yoldaşları
ilə piyadaların köməyinə getmiş və
mərmi partlayışından ağır yaralanmış-
dı. Komandiri hospitala çatdırsalar da,
onu xilas etmək mümkün olmamışdır.
Azərbaycan Respublikası Prezi-
dentinin 16 sentyabr 1994-cü il tarixli
202 saylı Fərmanı ilə Allahverdiyev
Elbrus Hacı oğlu ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adına layiq görülmüşdür.
Gəncə şəhərindəki Şəhidlər Xiya-
banında torpağa tapşırılmışdır.
Dostları ilə paylaş: