Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə330/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   326   327   328   329   330   331   332   333   ...   538
İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.milliqahraman.az

www.muallim.edu.az

Pəhlivan  Əhliman oğlu Fərzəliyev 

1958-ci il sentyabr ayının 27-də Füzuli 

rayonunun Qobu Dilağarda kəndində 

doğulmuşdur. Doğma kənddə  sək-

kizinci sinfi başa vurduqdan sonra 

Şuşa Kənd Təsərrüfatı Texnikumuna 

daxil olmuşdur.  İdmanla məşğul ol-

muş,  Şuşada keçirilən çempionatda 

Qarabağ çempionu adını qazanmışdır. 

O, 1979-cu ildə orduya çağırılmışdır. 

1986-cı ildə Orenburq Politexnik Uni-

versitetini bitirmişdir.

Zirehli avtomobil (piyada qoşun və 

sursat daşımaq üçün) ekipajının ko-

mandiri olan Pəhlivanın taqımı Füzuli 

rayonundakı sərhəd kəndlərinin qorun-

masında mərdliklə vuruşmuşdu. Onun 

şücaəti nəticəsində  Xələfşə  kəndində 

bir erməni bölüyü və bir zirehli avto-

mobil ekipajı məhv edilmişdi. 1992-ci 

il aprel ayının 11-də taqım komandiri-

nin son döyüşü olmuşdu.

Azərbaycan Respublikası Prezi-

dentinin 8 oktyabr 1992-ci il tarixli 

264 saylı  Fərmanı ilə baş leytenant 

Fərzəliyev Pəhlivan  Əhliman oğlu 

ölümündən sonra “Azərbaycanın Milli 

Qəhrəmanı” fəxri adına layiq görül-

müşdür.


Füzuli rayonunun Qobu Dilağarda 

kəndində dəfn edilmişdir.

Bakı şəhərindəki qəsəbələrdən biri 

qəhrəmanın adını daşıyır.





Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   326   327   328   329   330   331   332   333   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin