Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə338/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   334   335   336   337   338   339   340   341   ...   538
Ə d ə b i y y a t

Azərbaycanın filiz formasi-

yaları [Mətn]: dərs vəsaiti  

/V.Babazadə.- Bakı: Maarif, 

1990.- 280 s.

Faydalı qazıntı yataq-

larının kəşfiyyatının 

texnikası [Mətn]: dərslik 

/V.Babazadə; Bakı Dövlət 

Universiteti.- Bakı, 2007.- 

236 s.

Petroqrafiya [Mətn]: dərslik 

/V.Babazadə, M.Məmmədov, 

N.İmamverdiyev; Bakı 

Dövlət Universiteti.- 

Bakı: Bakı Universiteti 

Nəşriyyatı, 2007.- 512 s.

İ n t e r n e t d ə

www.anl.az

www. elibrary.az

www.e-qanun.az

www.geology.bsu.edu.az

www. sience.qov.az 

2

Geoloq alim


271

Texnika

85 

illiyi

Azad Mirzəcanzadə

1928-2006

SENTY

ABR

Azad Xəlil oğlu Mirzəcanzadə 

1928-ci il sentyabr ayının 30-da, Bakı 

şəhərində anadan olmuşdur. 1944-1949-

cu illərdə Azərbaycan Sənaye İnstitutu-

nun neft-mədən fakültəsində  (indiki 

Azərbaycan NA) təhsil almış  və dağ 

mühəndisi ixtisasına yiyələnmişdir.

O, 1948-1958-ci illərdə  Azərbaycan 

Elmlər Akademiyasının Neft İnstitutun-

da və Neft Ekspedisiyasında baş labo-

rant, kiçik elmi işçi, böyük elmi işçi və 

şöbə müdiri vəzifələrində 1958-1968-

ci illərdə Azərbaycan Neft Sənayesi 

Nazirliyi nəzdində Elmi Tədqiqat Neft-

çıxarma İnstitutunda, həmçinin, 1966-

1969-cu illərdə SSRİ Elmlər Aka-

demiyasının Mexanika Problemləri 

İnstitutunda laboratoriya müdiri, 

1969-1973-cü illərdə SSRİ Elmlər 

Akademiyası  və Neft Sənayesi Na-

zirliyinin müştərək laboratoriyasının, 

1973-1989-cu illərdə keçmiş Ümumit-

tifaq Elmi Tədqiqat Neft İnstitutunun 

neft-qaz dinamikası laboratoriyasının 

müdiri, 1992-ci ildən isə Azərbaycan 

Neft Akademiyası  nəzdində Neft-Qaz 

Geotexnoloji Problemləri və Kimya 

Elmi Tədqiqat  İnstitutunun direktoru 

vəzifələrində çalışmışdır.

Azad Mirzəcanzadə 1951-ci ildə tex-

nika elmləri üzrə namizədlik, 1957-ci 

ildə doktorluq dissertasiyaları müdafiə 

etmişdir. 

1951-1957-ci illərdə Azərbaycan 

Dövlət Universitetinin (indiki BDU) 

Nəzəri mexanika kafedrasının dosen-

ti, 1957-1959-cu illərdə professoru, 

1959-cu ildən ömrünün sonunadək 

Azərbaycan Dövlət Neft Akademiya-

sında kafedra müdiri işləmişdir. 1962-

ci ildə Azərbaycan Elmlər Akademi-

yasının müxbir üzvü, 1968-ci ildə isə 

həqiqi üzvü seçilmişdir.

1992-2001-ci illərdə Azərbaycan 

Ali Attestasiya Komissiyasının sədri 

olmuş, 1993-2001-ci illərdə Dövlət 

Elm və Texnika Komitəsinə  rəhbərlik 

etmişdir.

Azərbaycan elminin inkişafında mü-

hüm xidmətləri olan Azad Mirzəcanzadə 

ölkəmizdə  tətbiqi mexanika və neft-

mədən işləri sahəsində qiymətli araş-

dırmaları ilə böyük şöhrət qazanmışdır. 

400-ə yaxın elmi əsərin, 50-dən artıq 

ixtira və patentin müəllifidir.

1970-ci ildən Azərbaycan SSR 

Əməkdar elm və texnika xadimi, 1971-

ci ildən SSRİ-nin Fəxri neftçisi, 1977-

ci il və 1982-ci illərdə 2 dəfə SSRİ EA-

nın Qubkin adına mükafatları, 1978-ci 

ildə SSRİ Qaz sənayesinin Fəxri işçisi, 

1980-ci ildə Azərbaycan SSR Dövlət 

mükafatı laureatı, 2 dəfə “Qırmızı 

Əmək Bayrağı” ordeni, Azərbaycan 

Respublikası “İstiqlal” ordeni ilə təltif 

edilmişdir.

Azad Xəlil oğlu Mirzəcanzadə 

2006-cı il iyul ayının 17-də 78 yaşın-

da vəfat etmiş, Fəxri Xiyabanda dəfn 

olunmuşdur.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   334   335   336   337   338   339   340   341   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin