Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə337/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   333   334   335   336   337   338   339   340   ...   538
Ə d ə b i y y a t

Əfəndiyev, Ə. Orucov 

qardaşlarının mətbəəsi 

[Mətn]: biblioqrafik 

göstərici /Ə.Əfəndiyev, 

Z.Əliyeva; elmi red.: 

X.Məmmədov; AEA, Milli 

Münasibətkər İnstitutu; 

Mərkəzi Elmi Kitabxana.-

Bakı:Qartal,1999.- 97 s.

Orucov qardaşları 

mətbəəsinin inventarı 

[Mətn].-Bakı: [nəşriyyat-

bəradəran Orucov], 1917.-

104 s.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.e-qanun.az

www.elibrary.az

12

Maarif xadimi


270

Coğrafiya.Geologiya

75 

illiyi

Vasif Babazadə

1938

SENTY

ABR

Vasif Məmməd Ağa oğlu Babazadə 

1938-ci il sentyabr ayının 2-də Bakı 

şəhərində anadan olmuşdur. 

1955-1960-cı illərdə Azərbaycan 

Dövlət Universitetinin (hazırda BDU) 

geologiya-coğrafiya fakültəsində oxu-

muş  və mühəndis-geoloq ixtisasına 

yiyələnmişdir.  Əmək fəaliyyətinə 

1959-1961-ci illərdə SSRİ Geologi-

ya Nazirliyinin Pyatiqorsk şəhərində 

I saylı Geoloji-kəşfiyyat Trestinin 

Qafqaz Kompleks Geoloji-kəşfiyyat 

ekspedisiyasında böyük kollektor 

kimi başlamış, sonra böyük geoloq, 

geoloji kəşfiyyat partiyasının rəisi 

vəzifələrində çalışmışdır.

1961-1964-cü illərdə BDU-nun 

qiyabi aspirantı olmuş, 1964-cü ildə 

“Kiçik Qafqazın ofiolit zolağının xro-

mit yataqlarının geoloji əmələ  gəlmə 

və yerləşmə şəraitləri” adlı namizədlik 

dissertasiyasını müdafiə etmişdir. 

1964-1965-ci illərdə Bakı Dövlət 

Universitetinin geologiya-coğrafiya 

fakültəsində Faydalı qazıntılar kafed-

rasının müəllimi olmuş, 1967-1968-

ci illərdə  həmin fakültəsinin dekan 

müavini, 1973-1980-ci illərdə dekanı 

vəzifəsində çalışmışdır. 1975-ci ildə 

“Sevan-Qarabağ zonasının endogen 

filiz formasiyaları” (Kiçik Qafqaz) 

adlı doktorluq dissertasiyasını müdafiə 

etmişdir. 1977-ci ildən Faydalı qazın-

tılar kafedrasının professorudur. 250-

dan artıq elmi əsərin, 25 monoqrafiya 

və kitabın, 3 nəşr olunmuş  xəritənin 

və bir çox kitabların müəllifidir. 25 

elmlər namizədi və 10 elmlər doktoru 

hazırlamışdır.

“Xidmət istifadə üçün” qrifi altın-

da ekspert kimi elmi-tətbiqi tutumlu 

layihələr hazırlamış, 2005-2007-ci 

illərdə ABŞ-ın “Mülki tədqiqatlar və 

inkişaf fondu”nun (CRDF), 2007-

2009-cu illərdə Avropa Birliyi 6-cı 

çərçivə proqramının (İNTAS) qrant-

larına layiq görülmüşdür. “Yerin təki 

haqqında” (1998) və “Təhsil haqqın-

da” Qanunların hazırlanmasında ya-

xından iştirak etmişdir. AFR, Rusiya, 

Çin, Türkiyə,  İran,  İspaniya, Gür-

cüstan, Ukrayna və digər ölkələrdə 

beynəlxalq seminar, simpozium və 

konfranslarda iştirak etmişdir.

1978-ci ildə  təbii resurslardan 

səmərəli istifadə etmə sahəsində əsərlər 

silsiləsinə görə Dövlət mükafatı laure-

atı adına layiq görülmüşdür. 2000-ci 

ildə elm sahəsindəki göstəricilərinə 

görə “Əməkdar elm xadimi” və 2007-

ci ildə Bakı Dövlət Universitetinin “İlin 

alimi” adına layiq görülmüşdür. Bakı 

Dövlət Universitetinin əməkdaşlarının 

“Şöhrət” ordeni ilə təltif edilməsi haq-

qında Azərbaycan Respublikası Prezi-

dentinin 2009-cu il 30 oktyabr tarixli 

Sərəncamı ilə Azərbaycanda təhsilin 

və elmin inkişafındakı xidmətlərinə 

görə Babazadə Vasif Məmmədağa 

oğlu “Şöhrət ordeni” ilə təltif edilmiş-

dir.



Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   333   334   335   336   337   338   339   340   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin