Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə339/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   335   336   337   338   339   340   341   342   ...   538
Ə d ə b i y y a t

İxtisasa giriş [Mətn]: 

neft və qaz profilli ali 

məktəblər üçün dərs 

vəsaiti /A.Mirzəcanzadə.- 

Bakı: Qanun, 2010.-   

432 s.

Hidravlika [Mətn]:Neftçi 

mühəndis hazırlayan 

ali texniki məktəb və 

fakültələr ücün dərslik 

/A.Mirzəcanzadə.- Bakı: 

Maarif, 1990.- 276 s.

Riyazi mozaika [Mətn] 

/A.Mirzəcanzadə, 

F.Maqsudov.- Bakı: Elm, 

1992.- 176 s.

Mirzəcanzadə Azad 

Vəli oğlu (30.09.1928-

17.07.2006) [Mətn]        

//Fəxri Xiyaban.- Bakı, 

2007.- S.157.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.qanun.az

www.science.az

30

Akademik


272

18

Ə d ə b i y y a t

Qocayev, Ə. 18 sentyabr - 

Milli Musiqi Günü [Mətn] //

Qocayev Ə. Bayramlar və 

tarixi günlər.- Bakı, 2006.- 

S.23.  

www.anl.az

Tarixdə bu gün

95 

illiyi

Bakıda Türk Şəhidliyi abidəsi

1918

Milli Musiqi Günü

1995

SENTY

ABR

1918-ci ilin may ayında Azərbaycanın 

müstəqilliyi elan olunsa da ölkəmizin bir hissəsi, 

Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altın-

da idi. Belə bir şəraitdə qardaş Osmanlı Türkiyəsi 

özü çox ağır durumda olsa da, Azərbaycanın ərazi 

bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşa-

nın komandanlığı ilə  hərbi qüvvələrini ölkəmizə 

göndərmişdi.1918-ci il sentyabr ayının 15-i Ba-

kıya çatan Nuru Paşa tarixi zəfərə imza ataraq 

Azərbaycanın paytaxtı olacaq şəhəri erməni və 

ruslardan qurtarmışdı. Sentyabrın 15-də türk 

əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər 

rayonların azad olunması ilə Azərbaycan Xalq 

Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin 

bütün hüdudlarında təmin etmiş oldu. Nuru Paşa 

sentyabrın 16-da parad qəbul etmiş  və  təntənəli 

şəkildə şəhərə daxil olmuşdu. Xalq Cümhuriyyəti 

hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən 

Bakıya köçürülmüşdü. Vəziyyəti nəzərə alan 

ingilislər də heç bir müqavimət göstərmədən geri 

durmağa məcbur olmuşlar. Beləcə, 15 sentyabr 

tarixə Nuru Paşa komandanlığı altında Bakının 

qurtuluş günü kimi düşmüşdü. Bakı əsl sahiblərinin 

əlinə keçmişdi. Osmanlı ordusu Bakının azad 

olunması əməliyyatında 1130 şəhid vermişdi.

Beləliklə, 1918-ci ildə sentyabr ayının 15-də 

Bakının bolşevik-erməni daşnakları  və ingilis 

qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə 

şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrun-

da mübarizədə canından keçmiş türk şəhidlərinin 

xatirəsinə Bakı Türk Şəhidliyi abidəsi ucaldılmış-

dır.

15

Sentyabr ayının 18-də Azərbaycan 

xalqının dahi oğlu, musiqi mədəniy-

yətimizin korifeyi Üzeyir bəy 

Hacıbəylinin doğum günüdür. 

Həmin gün təkcə musiqisevərlərin 

deyil, həm də xalqımızın bayramıdır. 

Böyük bəstəkarın ad gününün bayram 

kimi qeyd edilməsi ənənəsinin əsasını 

maestro Niyazi qoymuşdur. Görkəmli 

bəstəkar və dirijor Niyazi Üzeyir bəyin 

vəfatından sonra hər il bu günü qeyd 

edərmiş. 

Üzeyir bəyin doğum gününün mu-

siqi tariximizin ən  əlamətdar hadisəsi 

kimi anılması tez bir zamanda ənənə 

halını almışdır. 1995-ci ildə isə ulu 

öndər Heydər  Əliyevin fərmanı ilə 

dahi bəstəkarın anadan olmasının 110 

illik yubileyi ərəfəsində 18 sentyabrın 

Milli Musiqi Günü kimi qeyd olunma-

sı qərara alınmışdır.

Dahi bəstəkarın yaratdığı musi-

qi inciləri dünya şöhrəti qazanmış, 

dünya musiqi mədəniyyətinin qızıl 

fonduna daxil olmuşdur. Görkəmli 

musiqi xadimləri onu “professio-

nal  Şərq musiqisinin atası” adlandır-

mışlar. Azərbaycan və dünya musiqi 

mədəniyyətinin inkişafında misilsiz 

xidmətləri olmuş Ü.Hacıbəylinin ana-

dan olmasının 100 illik yubileyi 

YUNESKO-nun qərarı ilə beynəlxalq 

miqyasda qeyd olunmuşdur.





Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   335   336   337   338   339   340   341   342   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin