278
1
Milli ədəbiyyat
65
illiyi
Vəli Həbiboğlu
1948-2007
OKTY
ABR
Vəli Həbib oğlu Məcidov 1948-ci
il oktyabr ayının 6-da Bakı şəhərində
anadan olmuşdur.
1967-ci ildə 201 saylı şəhər orta
məktəbini bitirmişdir.
1967-1971-ci illərdə Azərbaycan
Dövlət Universitetinin kitabxana-
çılıq və biblioqrafiya fakültəsində
(indiki BDU-nun Kitabxanaçılıq-
informasiya fakültəsi) təhsil almış-
dır.
Əmək fəaliyyətinə 1971-1992-
ci illərdə Azərbaycan Mətbuat
Komitəsində
nəzarətçi redaktor
kimi başlamış, 1975-1984-cü illərdə
“Azərnəşr”də redaktor, 1986-1992-
ci illərdə “Gənclik” nəşriyyatında re-
daksiya müdiri, 1992-1994-cü illərdə
“Quruluş”, “Respublikaçı”, “Açıq fi-
kir” qəzetlərində baş redaktor, 1992-
2002-ci illərdə Azərbaycan Milli
EA-nın Milli Münasibətlər İnstitu-
tunda şöbə müdiri, direktor müavini
vəzifələrində çalışmışdır.
Ədəbi fəaliyyətə 1969-cu ildən
başlamış, ilk rəyi “Бакинский
рабочий” qəzetində dərc edilmiş-
dir. Bundan sonra dövri mətbuatda
hekayə, publisistik məqalə və rəylər
dərc etdirmişdir. “Dünyamızı yaşa-
daq”, “Əsgər rəşadəti”, “Didərginlər”,
“Şahidlər” toplularında publisist ya-
zıları çap olunmuşdur. Uşaqlar üçün
bir sıra “Bilgə Xaqan” (1993), “Mete
Xaqan” (1993), “Tanrı qılıncı Atilla”
(2001) adlı bədii-tarixi kitablar yazıb
nəşr etdirmişdir.
XX əsrin 80-ci illərindən türk
xalqlarının tarixi, fəlsəfi dünya gö-
rüşü, mifik baxışları istiqamətində
elmi-tədqiqat işləri üzərində çalış-
mışdır. Bu mövzuda onlarla məqalə
dərc etmişdir.
V.Həbiboğlu 1998-ci ildə fəlsəfə
elmləri doktoru alimlik dərəcəsi al-
maq üçün dissertasiya müdafiə et-
mişdir.
2002-ci ildə Azərbaycan Respub-
likasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının Geostra-
teji Araşdırmalar mərkəzinin direktor
müavini vəzifəsində çalışmışdır.
O, dövlət quruculuğu, Azərbaycan
diasporu, mədəniyyət, həyat tərzi,
soyqırım və s. problemlərin tədqiqi
ilə məşğul olmuşdur.
Vəli Həbib oğlu Məcidov 2007-ci
il fevral ayının 18-də vəfat etmişdir.
Dostları ilə paylaş: |